Məhkəmə qərarları › İş №3(006)-443/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-443/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-443/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli, 00100-02821/2022 (EP № 0066845) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/028888 saylı, xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, raportda Şəxs MMC-nin ünvanına 45AİC662/33CZD11 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş malların xx.xx.2022-ci ildə **********3266 saylı gömrük bəyannaməsi ilə gömrük orqanlarına bəyan edildiyi, malın gömrük yoxlamasından keçmə dövrü “bir məmur-bir bəyannamə” prinsipinin və “Pilot EGB” layihəsinin tətbiqinin ilk günlərinə, yəni sistemin test mərhələsinə təsadüf etdiyindən, sözügedən gömrük bəyannaməsi bəyanetmə məlumatlarının uyğunluğu və doğruluğu araşdırıldıqdan sonra yük yoxlama qrupuna yönləndirildiyi, malın yük- yoxlama qrupuna yönləndirilməsi keçid dövrünə təsadüf edən digər bir neçə bəyannamə kimi, gömrük ödənişləri ödənilmədən həyata keçirildiyi, prosesin davamında malın boşalması yük məmuru tərəfindən aidiyyəti üzrə təsdiq edildiyi, nəticədə, mal və nəqliyyat vasitəsi gömrük ödənişləri həyata keçirilmədən gömrük nəzarəti zonasından çıxarılmış, mallar üzrə ödənilməli olan gömrük ödənişləri barədə məlumat malın hüquqi təmsilçisinə dəfələrlə bildirilmiş, müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, gömrük bəyannaməsi ilə bağlı yaranmış gömrük borcunun hələ də ödənilmədiyi qeyd edilmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********3266 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030211 nömrəli xx.xx.2022-ci il tarixli raport ünvanlanmışdır. Həmin idarədən daxil olan 34/012/030613 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən **********3266 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin əsas məbləği 15125.54 AZN, qecikdirilən hər günə görə əsas məbləğin (15125.54 AZN) 0.1%-i olmaqla xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı üçün 1314.84 AZN dəbbə pulu qeyd olunmuşdur. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********3266 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin əsas məbləği 15125.54 AZN gömrük ödənişlərinin və qecikdirilən hər günə görə əsas məbləğin (15125.54 AZN) 0.1%-i olmaqla xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı üçün 1314.84 AZN dəbbə pulu gömrük borcunun ödənilməsindən yayınmışdır. Həmçinin, Şəxs MMC-nin direktorunun izahatına əsasən həmin MMC tərəfindən 45AİC662/33CZD11 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş və xx.xx.2022-ci ildə **********3266 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş 4 ədəd “Elektriklə idarə olunan liftlər(WİTTUR sərnişin lifti)” yükü üzərində sərəncam verilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunun qanunvericiliklə müəyyən edilmiş sərtlər və məhdudiyyətlərini pozmaqla qanunsuz əməliyyatlar aparılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili N.A.Əhmədov bildirmişdir ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşaraq 15125.54 manat və ödəniş gününə qədər hesablanmış 1314.84 manat dəbbə pulunu ödəməyə razıdırlar. Bundan başqa, MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin əməlində 491.1-ci maddəsi pozulmamışdır. Belə ki, 12 oktyabr 2022-ci il tarixdə yük tikinti sahəsinə boşaldılmış, yüklər boşaldıqdan sonrakı gün etibarilə ələt qəsəbəsi inzibati binada quraşdırılmış və artıq istifadə olunmaqdadır, sistem üzrə rəsmi şəkildə buraxılış verilmiş və yük terminaldan qaydalara uyğun çıxaraq tikinti sahəsinə boşaldılmışdır, liftlərin quraşdırıldığı inzibati binanın açılış mərasimi zamanı ölkə rəhbərliyinin iştirakı olma ehtimalına görə məcbur olaraq gecə-gündüz quraşdırılmışdır, həmin yüklər 11 oktyabr 2022-ci il tarixdə tikinti sahəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində ədalətli inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli, 00100-02821/2022 (EP № 0066845) saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/028888 saylı, xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, raportda Şəxs MMC-nin ünvanına 45AİC662/33CZD11 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş malların xx.xx.2022-ci ildə **********3266 saylı gömrük bəyannaməsi ilə gömrük orqanlarına bəyan edildiyi, malın gömrük yoxlamasından keçmə dövrü “bir məmur-bir bəyannamə” prinsipinin və “Pilot EGB” layihəsinin tətbiqinin ilk günlərinə, yəni sistemin test mərhələsinə təsadüf etdiyindən, sözügedən gömrük bəyannaməsi bəyanetmə məlumatlarının uyğunluğu və doğruluğu araşdırıldıqdan sonra yük yoxlama qrupuna yönləndirildiyi, malın yük-yoxlama qrupuna yönləndirilməsi keçid dövrünə təsadüf edən digər bir neçə bəyannamə kimi, gömrük ödənişləri ödənilmədən həyata keçirildiyi, prosesin davamında malın boşalması yük məmuru tərəfindən aidiyyəti üzrə təsdiq edildiyi, nəticədə, mal və nəqliyyat vasitəsi gömrük ödənişləri həyata keçirilmədən gömrük nəzarəti zonasından çıxarılmış, mallar üzrə ödənilməli olan gömrük ödənişləri barədə məlumat malın hüquqi təmsilçisinə dəfələrlə bildirilmiş, müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, gömrük bəyannaməsi ilə bağlı yaranmış gömrük borcunun hələ də ödənilmədiyi qeyd edilmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********3266 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/030211 nömrəli xx.xx.2022-ci il tarixli raport ünvanlanmışdır. Həmin idarədən daxil olan 34/012/030613 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən **********3266 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin əsas məbləği 15125.54 AZN, gecikdirilən hər günə görə əsas məbləğin (15125.54 AZN) 0.1%-i olmaqla xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı üçün 1314.84 AZN dəbbə pulu qeyd olunmuşdur. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********3266 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərinin əsas məbləği 15125.54 AZN gömrük ödənişlərinin və gecikdirilən hər günə görə əsas məbləğin (15125.54 AZN) 0.1%-i olmaqla xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı üçün 1314.84 AZN dəbbə pulu gömrük borcunun ödənilməsindən yayınmışdır. İş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 45AİC662/33CZD11 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş mallar xx.xx.2022-ci ildə **********3266 saylı gömrük bəyannaməsi ilə gömrük orqanlarına bəyan edilmişdir. Malın gömrük yoxlamasından keçmə dövrü “bir məmur-bir bəyannamə” prinsipinin və “Pilot EGB” layihəsinin tətbiqinin ilk günlərinə, yəni sistemin test mərhələsinə təsadüf etdiyindən, sözügedən gömrük bəyannaməsi bəyanetmə məlumatlarının uyğunluğu və doğruluğu araşdırıldıqdan sonra tərəfimdən yük yoxlama qrupuna yönləndirilmişdir. Malın yük-yoxlama qrupuna yönləndirilməsi keçid dövrünə təsadüf edən digər bir neçə bəyannamə kimi, gömrük ödənişləri ödənilmədən həyata keçirilmişdir. Prosesin davamında malın boşalması yük məmuru tərəfindən aidiyyəti üzrə təsdiq edilmişdir. Nəticədə mal və nəqliyyat vasitəsi gömrük ödənişləri həyata keçirilmədən gömrük nəzarəti zonasından çıxarılmışdır. Lakin gömrük ödənişlərinin ödənilməsi məqsədilə mallar arxivləşdirilməmişdir. Mallar üzrə ödənilməli olan gömrük ödənişləri barədə məlumat BBGİ-nin gömrük prosedurları və ödənişləri şöbəsini rəisi tərəfindən malın hüquqi təmsilçisinə dəfələrlə bildirilmiş, müvafiq xəbərdarlıqlar edilmişdir. Buna baxmayaraq, gömrük bəyannaməsi ilə bağlı yaranmış gömrük borcu hələ də ödənilməmişdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Şəxs MMC-nin direktoru, X1 12 və 15 dekabr 2022-ci il tarixli izahatlarından görünür ki, o, direktoru olduğu şirkət ölkə ərazisində liftlərin quraşdırılması ilə məşğul olur, P006 nömrəli müqaviləyə əsasən Şəxs MMC-nin adına gələn yüklər üçün Hökümət ödəniş portalı vasitəsilə gömrük xərcləri ödənişi seçilmişdir və bəyannamə HÖP-ə uyğun tərtib olunmuşdur, bəyannamə (**********3266) üzrə nəzərdə tutulan ödəmə məbləği 15125 manat 54 qəpik təşkil edib, malın gömrük yoxlamasından keçmə günü sistem üzərindən bəyannamə üzrə ölkəyə gətirdikləri yükü gömrük ərazisindən çıxarmaq üçün 8.950 USD (15125 AZN) məbləği sürücüləri vasitəsilə Bakı Baş Gömrük idarəsinin HÖP üzrə kassasına ödənməsi üçün göndərmiş, eyni dövrdə yükləri gətirən nəqliyyat şirkətinə bu və bundan öncə gələn yüklər üçün nağd ödəniş borcları mövcud olmuşdur. Sürücü ödənişlə gömrüyə yaxınlaşan gün gömrük işlərini görən broker tərəfindən artıq ödəniş olunaraq buraxılış verildiyini bildirilib və öz növbəsində TİR sürücülərinə zəng edərək gömrük işləmlərinin bitdiyini və yükləri boşaltmaq üçün çıxışa dəvət edib və sürücülər əvvəlki və yeni hələn yüklər üçün tabe olduqları nəqliyyat şirkətinə yatdı pulu daxil 9200 USD borc ödənməyidiyi təqdirdə gömrük ərazisini tərk etməyəcəklərini bildirmişlər. Bu səbəblə tam rəsmiyyətdən məlumatı olmayan sürücü ödənişi, yəni 8.950 USD vəsaiti birbaşa sürücüyə ödəyərək yükləri daşıyan TİR-ları boşaldılma ünvanına aparmışdır, müəyyən müddət sonra şəxsən ona gömrük idarəsinin maliyyə şöbəsindən zəng gəldikdən sonra aydın olmuşdur ki, eyni gün Pilot EGB layihəsi çərçivəsində sistem üzərindən arxivləşmə getməyərək gətirilən yüklər buraxılışa verilib, broker və sürücü ödənişin olunub buraxılış verildiyini düşünərək əllərində olan 8950 USD məbləği nəqliyyat şirkətinə məxsus sürücülərə ödəniş ediblər, 8950 USD ödənişin HÖP vasitəsilə gömrük xərclərinə sərf olunmayın, nəqliyyatçıya ödənildiyini gömrük idarəsindən onlara məlumat gəldikdən sonra tam aydın olub və həmin gün etibarilə gömrük ödənişinin ödənilməsi üçün müvafiq dərəcədə səy göstərməkdədirlər, idxal olunan lift yükünə görə 15125.54 AZN gömrük ödənişi ödənilməlidir, təxminən 2022-ci ilin 5-6 oktyabr tarixində nəqliyyatçının sürücüsü yükü tikinti sahəsinə aparmış və sahədə boşaldılma olunmuşdur, yükü gətirən nəqliyyat firmasına daha öncəki yüklərin daşınmasından yaranan borclar və 5-6 oktyabr tarixindəki yükündə nəqliyyat borcu toplamı 9200 ABŞ dolları təşkil etmiş və gömrük üçün göndərilən 8950 USD məbləğ gömrük maliyyə tərəfindən buraxılış verildiyi üçün, yəni vəsaiti gömrük idarəsinə gətirən sürücü malı gömrükdən çıxarmaq üçün sonuncuya ödənməli olduğunu düşünərək ödənişi eləyib və yük terminaldan çıxaraq tikinti sahəsinə göndərilib, əgər o an nəqliyyatçı şirkətə heç bir ödəniş borcu olmasaydı sürücüdəki vəsait əldə qalardı və gömrük ödənişinin olunmayaraq buraxılışa getdiyi o an bəlli olacaqdı, 5 iş günü sonrasında gömrük idarəsindən gələn zəng sonrası məlumatları olub, həmin gün üçün ödəniş nəqliyyat şirkətinin nümayəndəsinə ödənilib əks halda terminaldan çıxmayacağını bildiriblər, göndərilən ödənişində bu istiqamətdə ödənilməli olduğunu düşünərək birbaşa ödəniş həyata keçib, gömrük ödənişinin ödənilmədiyini təxminən yük tikinti sahəsinə boşaldıqdan 05 iş günü sonra gömrük terminaldan inspketorun zəngi ilə bilmiş, 15125.54 AZN və ödəniş gününə qədər dəbbə pulunu hissəli şəkildə müəyyən zaman çərçivəsində ödəməyə razıdırlar. Bundan başqa, o bildirmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə yük tikinti sahəsinə boşaldılmışdır, yüklər boşaldıqdan sonrakı gün ələt qəsəbəsi inzibati binada quraşdırılmışdır və artıq istifadə olunmaqdadır, ödənişin gömrük xərcləri üçün göndərdikləri gün (yük gömrük terminalından çıxdığı gündən 5 gün sonra gömrük inspektoru tərəfindən zəngdən sonra ödənişin ödənilməli olan quruma yox, eyni gün nəqliyyatçı şirkətin nümayəndəsinə ödənildiyi aydın olub) sistem üzrə rəsmi şəkildə buraxılış verilib və yük terminaldan qaydalara uyğun çıxaraq tikinti sahəsinə boşaldılmışdır, liftlərin quraşdırıldığı inzibati binanın açılış mərasimi zamanı ölkə rəhbərliyinin iştirakı olma ehtimalına görə məcbur olaraq gecə-gündüz quraşdırılmışdır, həmin yüklər 11 oktyabr 2022-ci il tarixdə tikinti sahəsinə göndərilib, həmin lifltə sabahısı gün artıq quraşdırılmışdır, ilk növbədə gömrük ödənişi əlbətdəki ödənəcək, 19 dekabr 2022-ci il tarixdə gömrük ödənişinin tam səkildə ödəniş bağlanacağı gün üçün fiziki olaraq qəlib məlumat verəcəkdir, xahiş etdiyi bu 2 gün ərzində məbləğin cəlb oluna biləcək mənbələri araşdırmaq üçün bu zamanın verilməsini xahiş etmiş, ilk dəfə belə bir halla qarşılaşdığını və öz şəxsi iradəsi ilə ödənişin ödənilməyib gömrük ərazisindən yük çıxarılması absurd olduğu üçün heç bir şəkildə məlumatı olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır; 238.2-ci maddəsinə görə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Həmin Məcəllənin 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 505-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən ödənilməli olan 16.440 (on altı min dörd yüz qırx) manat 38 (otuz səkkiz) qəpik gömrük ödənişi məbləğinin 70 faizi – 11.508 (on bir min beş yüz səkkiz) manat 30 (otuz) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar