Məhkəmə qərarları › İş №3(006)-4440/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4440/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4440/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 19-cu polis şöbəsinin sahə rəisi X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanda ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədərək xırda xuliqanlıq etmiş, habelə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi X4 izahat verərək göstərdi ki, yolpatrul xidmətinin əməkdaşı Elmar Piriyev xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanda xidmətdə olarkən “Mercedes-Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sükan arxasında mobil telefonla danışdığı üçün onu saxlamış, sonuncuya törətdiyi inzibati xətanın mahiyyəti barədə məlumat verildikdən sonra ondan zəruri sənədləri istəmiş, lakin Şəxs heç bir xəta törətmədiyini deyərək polis əməkdaşı ilə mübahisə etməyə başlamış, onun ünvanına nalayiq ifadələr işlədərək hadisə yerindən avtomobili sürüb çıxış getmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşı onun arxasınca sürüb qarşıdakı məhəllədə avtomobili saxlatdırmış və hadisə yerinə əlavə polis qüvvəsi dəvət olunduqdan sonra Şəxs polis şöbəsinə gətirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, heç bir inzibati xəta törətməmişdir. Polis əməkdaşının onu səbəbsiz yerə saxladığına görə əsəblərini cilovlaya bilməyib polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmiş, səs-küy salmış və “Mercedes-Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Lakin, bir qədər irəli hərəkət etdikdən sonra saxlanılmış və polis şöbəsinə aparılmışdır. Məhkəmədə şahid Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti Alayının yol-patrul xidməti baş inspektoru X5 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində ona təhkim edilmiş ərazidə xidmət aparan zaman “Mercedes- Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sükan arxasında mobil telefondan istifadə etdiyini görün onu saxlamışdır. Həmin avtomobilin sürücüsünə yaxınlaşaraq ona törətdiyi xətanın mahiyyəti barədə məlumat verib sənədləri istəmiş, lakin sürücü Şəxs heç bir xəta törətmədiyini bildirərək onunla kobud davranmağa başlamış, onun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, hətta avtomobili onun üzərinə sürmək istəmiş və sonra avtomobili hadisə yerindən sürüb getmişdir. O da xidməti maşına əyləyib həmin avtomobilin arxasınca getmiş və bir qədər irəlidə onu saxlamış, əlavə polis qüvvəsi dəvət olunduqdan sonra Şəxs polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd kompakt diskdəki olan səs yazısı və görüntülərdən görünür ki, “Mercedes-Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılır, sürücüyə ona törətdiyi xəta barədə məlumat verilir, lakin sürücü polis əməkdaşı ilə mübahisə edib onun ünvanına nalayiq ifadələr işlədir, avtomobil ilə polis əməkdaşının üzərinə gedir, sonra oradan uzaqlaşır. Bir müddət sonra həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar