Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4448/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD) minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1988-ci il təvəllüdlü piyada X2 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 15239 saylı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:17-də DİN-in 102 xidmətindən ********* saylı daxil olan müraciətə əsasən, X3 xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu 3-cü mikrorayon dairəsindən üzü bazar istiqamətində markasını və nömrəsini bilmədiyi avtomobilin onu piyada keçidində olan zaman vurmasını, xəsarət almasını, lakin qarşı tərəfin ona dəyən ziyanı ödəməməsini, ona hədə qorxu gəldiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərindən azyaşlı oğlunun xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gəlmişdir və həmin gün saat təxminən 19:00 radələrində ona məxsus olmayan etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində Kontakt Home mağazasına doğru hərəkətdə olarkən gələn yolun sağ tərəfindən sol tərəfinə piyada keçidi olmayan hissəsindən yolu keçməkdə olan qadın qəfildən avtomaşının qarşısına keçdikdə idarə etdiyi avtomaşının ön sağ qanad hissəsi ilə qadına yüngül toxunmuş və həmin qadın öz müvazimətini saxlaya bilməyib yerə yıxılmışdır. O dərhal avtomaşından düşərək həmin qadına yaxınlaşıb öz köməkliyini etmiş, xəstəxanaya və ya evinə aparmağı təklif etmişdir. Daha sonra isə qadına yaxınlaşan bir nəfər oğlanla sərbəst özü yeriyərək oradan uzaqlaşmışdır. Bir qədər sonra o öz yoluna davam etmişdir. Avtomobili təxminən 30 km/s sürəti ilə idarə etmiş və öncədən həmin qadını yolun sağ tərəfində görsə də yoluna davam etdikdə az məsafə qalmış həmin qadın avtomaşının sağ tərəfindən qarşısına keçdiyi an qəzadan yayına bilməmişdir. Qadın piyada keçidindən kənar yolu keçmişdir. O hadisədən sonra zərər çəkmiş şəxsə öz adını və mobil nömrəsini təqdim etmiş və ehtiyac yarandıqda onunla əlaqə saxlamasını, lakin qadın cavabında ehtiyac olmadığını bildirmişdir. Qeyd edir ki, hadisə zamanı o avtomaşınla qadına yüngül toxunmuş və gözlə görünən hər hansı bir xəsarət olmamışdır. Sonradan polis tərəfindən çağrılarkən Gülçin adlı qadının əlaqə nömrəsini öyrənib əlaqə saxlayaraq görüş təyin etmişlər. Görüş zamanı xəstəxana xərclərinə ve eyni zamanda imkanı daxilində öz köməkliyini təklif etmişdir. Zərər çəkmiş şəxs yanında bir nəfər oğlanla ondan 3000 manat tələb etmiş, maddi imkanı uyğun olmadığını bildirdiyində onu hədələmişdir. Dəymiş maddi ziyanın sığorta şirkətin tərəfindən ödəniləcəyi bildirilsə də buna razı olmayıb pulu təkidlə tələb etməyə davam etmişdir. Araşdırma zamanı izahatı alınmış zərər çəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2024 tarixində təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində Kontakt Home mağazasının qarşısında olan piyada keçidi ilə körpü istiqamətində yolu keçərkən yolun sol tərəfindən üzü 3-cü mikrorayon bazarı istiqamətində hərəkətdə olan boz rəngli təxminən Toyota markalı avtomaşına oxşatdığı avtomaşının sürücüsü avtomaşının ön hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o asvalt üzərinə çırpılaraq bədən xəsarəti almışdır. Hadisəni törədən sürücü ona yaxınlaşsa da sonradan heç bir köməklik etməmişdir. Həmin an o, bir müddət özündə olmamış və sonradan ağrılı vəziyyətdə yaşadığı ünvana gəlmişdir. Bildirir ki, hadisə zamanı avtomaşını sürən kişi və yanında bir nəfər qadın olmuşdur. Özləri haqqında heç bir məlumat və əlaqə nömrəsi vermədikləri üçün o, sonradan həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Sonradan ağrıları şiddətləndiyi üçün polisə müraciət etməli olmuşdur. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2024-cü il tarixli, 1219 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarət – sağ dirsək oynağı nahiyəsinin qançır və şişkinlik ilə əlaqədar hərəkət funksiyasının ağrı hesabına nisbi məhdudluğu və sol dirsək oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədən səthində aşkar edilmiş xəsarətin lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4448/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4448/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver