Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4450/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 14:15-də “Chevrolet Cruze minik” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 945 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 18:47-də DİN-in 102 xidmətindən daxil olmuş məlumata əsasən X2 1 saat əvvəl Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkət edərkən idarə etdiyi mopedlə “Chevrolet” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət almasını, vətəndaşın hal-hazırda hadisə yerini tərk etməsini və həmin sürücü tərəfindən Sabunçu xəstəxanasına aparılmasını bildirmişdir. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, o xx.xx.2024-cü il tarixdə saat 14:00-15:00 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi qış parkı istiqamətində üzü Yasamal rayonu sağdan 2-ci zolağı ilə hərəkət edirmiş. Həmin vaxt o Bravo market mağazasının yaxınlığında sağa ara məhəllə yoluna dönməklə manevr etdikdə eyni zaman sağdan 1-ci avtobus zolağı ilə düzünə hərəkətdə olan sonradan markasını gördüyü Tufan- M-500 limited markalı mopedlə ön sağ hissədən toqquşmuşdur. Hadisə nəticəsində moped sürücüsünə öz köməkliyini etmiş və müayinə olunmasından ötrü Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada həkim müayinəsindən keçərək ciddi xəsarət olmadığı müəyyənləşdirilmiş və evə buraxılmışdır. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Hadisə nəticəsində xəsarət alan sonradan adı məlum olan Elvin Süleymanov ona qarşı şikayətinin olmamasını bildirmişdir. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2024cü il tarixdə təxminən saat 13:20 radələrində özünə məxsus idarə etdiyi “TUFAN-M-50” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi qış parkı istiqamətində üzü Yasamal rayonu sağdan 1-ci zolaqla hərəkət edirmiş. Eyni zaman qarşında sol zolaqla hərəkət olan “Chevrolet Cruze” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfil olaraq sağ ara məhəllə yoluna dönmə manevr hərəkəti edərək qarşısın kəsmiş və nəticədə idarə etdiyi mopedlə avtomaşının ön sağ təkərətrafı hissəsinə toqquşaraq asvalt üzərinə yıxılmışdır. Hadisə nəticəsində sağ ayaq və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almış, eyni zamanda Note 12-S markalı telefonun ekranı zədələndiyini bildirmişdir. Hadisəni törədən sürücü ona köməklik etmiş və onu Sabunçu xəstəxanasına aparmışdır. Sabunçu xəstəxanasında həkimlər tərəfindən ilkin müayinə olunmuş və ona tibbi yardim göstərilmişdir. Hadisəni törədən sürücü Əli adlı şəxs ona dəymiş maddi ziyanı ödəyəcəyinə söz versə də, verdiyi vədinə əməl etməmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 1242 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarətlər – sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik, hematoma halında əzilməsi və sıyrığı, qarın nahiyəsinin, hər iki budun və sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən (xx.xx.2024-cü il) 3-4 gün əvvəl əmələ gəlmişdir onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb və tərəfin çıxışını dinləyib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4450/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4450/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver