Məhkəmə qərarları › İş №3(006)-4456/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4456/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4456/2020 15.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru X2, zərərçəkmiş şəxs “xxxx” X3 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, 20 Yanvar küçəsində “Mercedes Benz GLC 250 Coupe” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol və metroloji şəraiti nəzərə almayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsini və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə manevr etmə qaydasını pozmuş, idarə etməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə dəyməklə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin DYPŞ-nin baş inspektoru R.A.Süleymanov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində özünə məxsus “Mercedes Benz GLC 250 Coupe” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 20 Yanvar küçəsi ilə hərəkət edən zaman “Qızıl Tac” şadlıq sarayından yaşadığı ünvana dönmək istəyərkən hava şəraiti ilə əlaqədar asfalt örtüyü yaş olduğundan idarə etməni itirmiş, yolun kənarında olan işıq dirəyinə dəymişdir. Hadisə zamanı yalnız onun avtomobilinə ziyan dəymiş, işıq dirəyinə heç bir maddi ziyan dəyməmişdir. Həmçinin özü də baş verən hadisə zamanı heç bir xəsarət almamışdır. Əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “xxxx” X3 nümayəndəsi R.Ə.Hüseynov bildirmişdir ki, baş verən hadisə zamanı hüquqi şəxsə heç bir maddi ziyan dəyməmişdir və Şəxs qarşı heç bir şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbehin tətbiq edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olmadığından, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, 20 Yanvar küçəsində “Mercedes Benz GLC 250 Coupe” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol və metroloji şəraiti nəzərə almayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsini və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə manevr etmə qaydasını pozmuş, idarə etməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə dəyməklə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 2/20288 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin tarixdə sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, 20 Yanvar küçəsində “Mercedes Benz GLC 250 Coupe” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs yol və metroloji şəraiti nəzərə almadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsini və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə manevr etmə qaydasını pozmuş, idarə etməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə dəymişdir. Daha sonra Şəxs sərxoş olması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs “xxxx” X3 nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman heç bir fiziki və ya hüquqi şəxsə maddi ziyan dəymədiyindən və heç bir şəxsə xəsarət yetirilmədiyindən Şəxs törətdiyi inzibati əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməli və sonuncu barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar