Məhkəmə qərarları › İş №3(006)-4456/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4456/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4456/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1963-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyev tərəfindən 05 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 05 dekabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 20 may 2016cı il tarixli, 2(006)-4740/2016 saylı, 13 noyabr 2015-ci il tarixli, 2(006)-6778/2015, Bakı Apelyasiya Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli, 2(103)-708/2015 saylı icra sənədləri bugünədək üzrsüz səbəbdən icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru M.Ə.Xudaverdiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(006)-5819/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 2.675 (iki min altı yüz yetmiş beş) manat 56 (əlli altı) qəpik əsas, 130 (bir yüz otuz) manat 62 (altmış iki) qəpik faiz, cəmi 2.806 (iki min səkkiz yüz altı) manat 18 (on səkkiz) qəpik məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına 17 avqust 2015-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(006)-6778/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsmunun əvəzi ümumilikdə 120.031 (bir yüz iyirmi min otuz bir) manat məbləğində pul alınaraq iddiaçı X6 verilməlidir. Həmin sənədin icrasına 05 yanvar 2016-cı il tarixli qərarla və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Nəsimi Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(006)-4740/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 100.000 (bir yüz min) manat və 100.000 (bir yüz min) ABŞ dolları məbləğində borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatl ifadəsində, həmçinin mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Həmin sənədin icrasına 08 avqust 2016-cı il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(006)- 4266/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti alınsın və iddiaçı X3 verilməlidir. Həmin sənədin icrasına 02 noyabr 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin borcluya icra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş və sonuncunun izahatı alınmışdır. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(006)-369/2017 saylı icra sənədinin icrasına əsasən Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 24 sentyabr 2014-cü il tarixli, 6-Z-2-0-1935-14 saylı kredit müqaviləsi üzrə 31.000 (otuz bir min) manat əsas borc, 14337 (on dörd min üç yüz otuz yeddi) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 45.837 (qırx beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 06 noyabr 2014-cü il tarixli, 6-Y-3-0-2198-14 saylı kredit müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) manat əsas borc, 13.128 (on üç min bir yüz iyirmi səkkiz) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu, cəmi 40.628 (qırx min altı yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 01 dekabr 2014-cü il tarixli, 6-BİZ-3- 0-97 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon üç yüz əlli min) ABŞ dolları əsas borc, 285750 (iki yüz səksən beş min yeddi yüz əlli) ABŞ dolları faiz borcu, 20.000 (iyirmin min) ABŞ dolları dəbbə pulu, cəmi ******* (bir milyon altı yüz əlli beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASCnin xeyrinə 18 mart 2015-ci il tarixli, 6-Y-5-0-310-14 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaiti və 79535 (yetmiş doqquz min beş yüz otuz beş) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə iddiaçi tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rusumu tutulmalıdır. Şəxs 100 (bir yüz) manat məbləğində keçirilmiş ekspertiza xərci dövlət nəfinə tutulmalıdır. Həmin sənədin icrasına 19 mart 2019-cu il tarixli qərarla və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. İcra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə və xəbərdarlığa baxmayaraq borclu bugünədək icra sənədlərini icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Mingəçevir "xxxx" ASC-nin direktoru olmuş, həmin ərəfədə Mingəçevir "xxxx" ASC-nin borcu yarandığından həmin pulları borc olaraq alıb "xxxx" ASC-nin borcunu ödəmişdir. Həmçinin bildirmişdir ki, "xxxx" Bankdanda "xxxx" ASC-nin adına kredit götürülmüş, sonradan həmin məbləğ ödənilmədiyindən həmin MMCni, "xxxx" Bank qeyri-rəsmi olaraq "xxxx" ASC-nin səhmlərini və materiallarını direktor tərəfindən öz adına keçirmişdir. Hal-hazırda Mingəçevir prokurorluğunda araşdırma gedir. Həmin məbləğlərindən hal-hazırda tam ödəyə bilmir, lakin hissə-hissə ödəyəcəyinə dair söz verir. Bundan əlavə bildirmişdir ki, bu işlərlə bağlı onun səhhətində problemlər yaranmış və o, iki dəfə insult keçirtmişdir. Göstərilənləri, borcunu hissə-hissə ödəyəcəyini, ailəli olmasını, səhhətini və xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(006)-5819/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2.675 (iki min altı yüz yetmiş beş) manat 56 (əlli altı) qəpik əsas, 130 (bir yüz otuz) manat 62 (altmış iki) qəpik faiz, cəmi 2.806 (iki min səkkiz yüz altı) manat 18 (on səkkiz) qəpik məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB QSCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)- 5819/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş, lakin sonuncu tərəfindən həmin bildiriş xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3(006)- 6778/2015 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsmunun əvəzi ümumilikdə 120.031 (bir yüz iyirmi min otuz bir) manat məbləğində pul alınaraq iddiaçı X6 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 6778/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş, lakin sonuncu tərəfindən həmin bildiriş xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4740/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 100.000 (bir yüz min) manat və 100.000 (bir yüz min) ABŞ dolları məbləğində borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatl ifadəsində, həmçinin mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4740/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 4266/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti alınsın və iddiaçı O.A.Kazımova verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 4266/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2018-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4266/2018 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-316/2020 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(006)-369/2017 saylı icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 24 sentyabr 2014-cü il tarixli, 6-Z-2-0-1935-14 saylı kredit müqaviləsi üzrə 31.000 (otuz bir min) manat əsas borc, 14337 (on dörd min üç yüz otuz yeddi) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 45.837 (qırx beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 06 noyabr 2014-cü il tarixli, 6-Y-3-0-2198-14 saylı kredit müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) manat əsas borc, 13.128 (on üç min bir yüz iyirmi səkkiz) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu, cəmi 40.628 (qırx min altı yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 01 dekabr 2014-cü il tarixli, 6-BİZ-3-0-97 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon üç yüz əlli min) ABŞ dolları əsas borc, 285750 (iki yüz səksən beş min yeddi yüz əlli) ABŞ dolları faiz borcu, 20.000 (iyirmi min) ABŞ dolları dəbbə pulu, cəmi ******* (bir milyon altı yüz əlli beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASCnin xeyrinə 18 mart 2015-ci il tarixli, 6-Y-5-0-310-14 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaiti və 79535 (yetmiş doqquz min beş yüz otuz beş) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə iddiaçi tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rusumu tutulmalıdır. Şəxs 100 (bir yüz) manat məbləğində keçirilmiş ekspertiza xərci dövlət nəfinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 369/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan cavabdeh O.A.Kazımovun ərizəsindən görünür ki, o, 2023-ci ilin yanvar ayından başlayaraq may ayına qədər ayda 200 manat olmaqla qalıq borcu 2023-cü ilin oktyabr ayının 31-nə kimi ödəməsinə etiraz etmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(006)-5819/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 2.675 (iki min altı yüz yetmiş beş) manat 56 (əlli altı) qəpik əsas, 130 (bir yüz otuz) manat 62 (altmış iki) qəpik faiz, cəmi 2.806 (iki min səkkiz yüz altı) manat 18 (on səkkiz) qəpik məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına 17 avqust 2015-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(006)- 6778/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsmunun əvəzi ümumilikdə 120.031 (bir yüz iyirmi min otuz bir) manat məbləğində pul alınaraq iddiaçı X6 verilməlidir. Həmin sənədin icrasına 05 yanvar 2016-cı il tarixli qərarla və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Nəsimi Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(006)-4740/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 100.000 (bir yüz min) manat və 100.000 (bir yüz min) ABŞ dolları məbləğində borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatl ifadəsində, həmçinin mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Həmin sənədin icrasına 08 avqust 2016-cı il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(006)-4266/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti alınsın və iddiaçı X3 verilməlidir. Həmin sənədin icrasına 02 noyabr 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmçinin borcluya icra sənədinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş və sonuncunun izahatı alınmışdır. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(006)-369/2017 saylı icra sənədinin icrasına əsasən Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 24 sentyabr 2014-cü il tarixli, 6-Z-2-0-1935-14 saylı kredit müqaviləsi üzrə 31.000 (otuz bir min) manat əsas borc, 14337 (on dörd min üç yüz otuz yeddi) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 45.837 (qırx beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 06 noyabr 2014-cü il tarixli, 6-Y-3-0-2198-14 saylı kredit müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) manat əsas borc, 13.128 (on üç min bir yüz iyirmi səkkiz) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu, cəmi 40.628 (qırx min altı yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şəxs "xxxx" İKB ASCnin xeyrinə 01 dekabr 2014-cü il tarixli, 6-BİZ-3-0-97 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon üç yüz əlli min) ABŞ dolları əsas borc, 285750 (iki yüz səksən beş min yeddi yüz əlli) ABŞ dolları faiz borcu, 20.000 (iyirmin min) ABŞ dolları dəbbə pulu, cəmi ******* (bir milyon altı yüz əlli beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 18 mart 2015-ci il tarixli, 6-Y-5-0- 310-14 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaiti və 79535 (yetmiş doqquz min beş yüz otuz beş) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulsun. Şəxs "xxxx" İKB ASC-nin xeyrinə iddiaçi tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rusumu tutulmalıdır. Şəxs 100 (bir yüz) manat məbləğində keçirilmiş ekspertiza xərci dövlət nəfinə tutulmalıdır. Həmin sənədin icrasına 19 mart 2019-cu il tarixli qərarla və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. İcra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə və xəbərdarlığa baxmayaraq borclu bugünədək icra sənədlərini icra etməmişdir. İcra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə və xəbərdarlığa baxmayaraq borclu icra şöbəsinə gəlməkdən yayınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Şəxs cərimələri ödəyəcəyini bildirsə də bugünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı cavabdeh Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar