Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4457/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında MN ******* saylı 11 iyul 2025-ci il tarixli protokola əsasən Şəxs üzərində xüsusi xəbərdadedici nişan olan avadanlıq, əl arabası və xüsusi nişan olan zibil qutuları ilə təmin edilmədikdə əməyin mülahizəsi qaydalarının pozulması səbəbindən S.Zeynalovanın sağlamlığına az ağır zərər vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarına əlavə edilmiş təhqiqat aktı və digər sənədlərdən inzibati xətanın Şirvan şəhər ərazisində törədildiyi məlum olur. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokolun Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilsin. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4457/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4457/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver