Məhkəmə qərarları › İş №3(006)-4474/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4474/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4474/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN №1613969 saylı “İnzibati tənbeh vermə” haqqında qərardan verilən şikayətə baxılma haqqında” qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN №1613969 saylı “İnzibati tənbeh vermə” haqqında qərardan X5 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixlərində "xxxx" MMC-də "anbar işçisi” olaraq çalışmışdır. xx.xx.2024-cü il tarixində Bağırova Albina ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə şikayətçi hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Bağırova Albina iddia edir ki, əmək müqaviləsində 8 saatlıq iş rejimi göstərilməsinə baxmayaraq, o, 12 saatlıq iş rejimində işləmişdir. Həmçinin artıq işlədiyi saatlar üçün ona əlavə ödəniş və əmək haqqı tam ödənilməmişdir. Əmək Müfəttişliyi tərəfindən inzibati protokol tərtib edilməsi zamanı MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş və barəsində xx.xx.2024-cü il tarixində MN seriyalı, ******* saylı, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə rəsmi poçt vasitəsi ilə bizə çatdırılmışdır. Aşağıda qeyd edilənlərə görə həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, inzibati tənbeh etmə barədə qərar o əsasla qəbul edilmişdir ki, guya X4 əmək haqqısının hesablanmasında səhvə yol verilmişdir. Bu zaman mart ayının tabelini əsas götürərək, inzibati orqan hesab etmişdir ki, 2024-cü il üzrə mart ayında iş vaxtının norması 118 saatdır və bu səbəbdən işçinin tabelində “toplam çalışma saatı”nın 133 saat olaraq göstərilməsi işçinin hüquqlarını pozmuşdur. Müfəttişlik tərəfindən qeyd edilən iş vaxtı norması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kabinetinin qərarı ilə təsdiq edilən “İstehsalat Təqvimi”ndə öz əksini tapır. Lakin adıçəkilən aktda nəzərdə tutulan normalar 40 saatlıq beşgünlük iş həftəsi üzrə müəyyən edilmişdir. Digər tərəfdən həmin qərara əsasən, iş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrıayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi hallan altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz”. Əmək müqaviləsinin bağlanması və xitamı bildirişlərindən göründüyü kimi, Bağırova Albina üçün iş vaxtının qeydiyyatı (uçotu) dövrü xx.xx.2024 -xx.xx.2024-cü il tarixlərini əhatə edir. Bu dövr ərzində işçi ümumilikdə 574 (fevral ayı üzrə - 127, mart ayı üzrə - 133, aprel ayı üzrə - 160, may ayı üzrə - 127, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 27 saat) saat çalışmışdır. Həmin dövr ərzində iş vaxtının norması isə istehsalat təqviminə əsasən, 641 (fevral ayı üzrə -

159. mart ayı üzrə - 118, aprel ayı üzrə - 159, may ayı üzrə - 166, xx.xx.2024-xx.xx.2024cü il tarixlərində 40 saat) saatdır. Göründüyü kimi, işçi ümumi dövr ərzində təsdiq olunmuş normadan artıq işləməmiş, əksinə ümumi iş saatı normadan azdır. Bu da ayrı-ayrı aylar üçün işçinin normal iş vaxtından az və ya çox işlənilməsi üçün cədvələ yenidən baxılmasını istisna edir. Həmçinin, yuxarıda göstərilən səbəbdən inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsinin iştirakını təmin etməyi mümkün olmamışdır və bu barədə Əmək Müfəttişliyinə məlumat verilmişdir. Lakin qərar MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunduğu üçün hüquqlarını müdafiə etmək mümkün olmamış, bu da qərarın qeyri-obyektivliyini göstərir. Yuxarıda qeyd edilənlərə və İnzibati Xətalar Məcəlləsinin 129 və 130-cu maddələrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə qərarı qəbul etmiş qurumun nümayəndəsi X2 izahatında göstərdi ki, şikayət əsassızdır belə ki, təqdim etdiyi arayışa əsasən, X4 2024-cü ilin mart və aprel ayları üzrə axşam və gecə saatlarına görə ödənilən əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, mart ayı üzrə axşam vaxtına görə, 7,2 manat, gecə vaxtına görə 7,74 manat az ödənilmişdir. Aprel ayı üzrə 2,6 manat az ödəniş edilmişdir. Əmək haqqının 2024-cü ilin istehsalat təqvimində qeyd edilən iş saatına bölünür, alınan məbləğ axşam (gecə) saatına vurulur, alınan məbləğ axşam və gecə saatlarına görə 20 (40) faizə vurulur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 əmək münasibətlərinə xx.xx.2024-cü il tarixində “Araz Supermarket “ MMC-də anbar işçisi kimi fəaliyyətə başlamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 əmək münasibətlərinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin rəis müavini X8 tərəfindən X5 ("xxxx" MMC-nin direktoru) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Qərara əsasən, vətəndaş Bağırova Albina ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsi ilə xx.xx.2024cü il tarixində xitam verilmişdir. Son haqq-hesab hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarının tələbi pozularaq, axşam iş rejimində çalışdığına görə əlavələrin düzgün hesablanmadığı aşkar edilmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətdiyindən X5 barəsində 1000 (bir min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə müəyyən edilir ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN №1613969 saylı qərara əsasən vətəndaş Bağırova Albina ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (əmək müqaviləsinin müddətinin qurtarması) b bəndi ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Son haqq-hesab hesablanarkən axşam iş rejimində çalışdığı vaxta görə əlavələrin düzgün hesablanmadığı aşkar edilmişdir. Belə olan halda onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 08 oktyabr 2024-cü il tarixli, MN №1613969 saylı “İnzibati tənbeh vermə” haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar