Məhkəmə qərarları › İş №3(006)-4475/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4475/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4475/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1027/2024 saylı, xx.xx.2024-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1923/2024 saylı, xx.xx.2024-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli və Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1109/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası üzrə tələbi icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1027/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 40500 (qırx min büş yüz) manat məbləğində pul vəsaiti cavabdeh X5 alınaraq iddiaçı X6, 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X2 ödənilməlidir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs X7 xeyrinə 1900 (min doqquz yüz) manat borc, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 1.80 (bir manat 80 qəpik) manat olmaqla, cəmi 2002, 20 (iki min iki manat iyirmi qəpik) manat məbləğində pul tutulmalıdır. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs borclu olduğu 2386,64 (iki min üç yüz səkən altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, cərimə borcu üzrə 238, 36 (iki yüz otuz səkkiz manat otuz altı qəpik) manat, ümumilikdə isə 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pul alınıb iddiaçı "ABC TELECOM” MMC-yə ödənilməli və borclu Şəxs 46,25 manat dövlət rüsumu alınıb iddiaçı "ABC TELECOM”MMC-yə ödənilməlidir. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1109/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs 1200 manat əsas borc və 45,60 manat məbləğində cərimə olunmaqla, ümumilikdə cəmi 1245,60 manat məbləğində borc və 32,46 manat məbləğinə dövlət rüsumu tutularaq iddiaçı "Azbeauty Group” MMC-nə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilərək müvafiq bildirişlərlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu icra şöbəsi tərəfindən ona göndərilmiş bildirişlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən icra sənədlərinin icrasını tam təmin etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu yenə də borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun həyat yoldaşı vəfat etmiş, özü isə qəza keçirmişdir. Yaranmış ümumi borc məbləği onun vəfat etmiş həyat yoldaşının borcları olsa da, məbləği ödəmək onun üzərinə qalmışdır. Pulu ödəməyə maddi imkanı yoxdur. Himayəsində 3 yaşında bir azyaşlı və 16 yaşında bir yetkinlik yaşına çatmayan uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 bildimişdir ki, borcun ödənilməsini tələb edir. Şəxs şikayətçidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1027/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 40500 (qırx min büş yüz) manat məbləğində pul vəsaiti cavabdeh X5 alınaraq iddiaçı X6, 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1027/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs X7 xeyrinə 1900 (min doqquz yüz) manat borc, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 1.80 (bir manat 80 qəpik) manat olmaqla, cəmi 2002, 20 (iki min iki manat iyirmi qəpik) manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs borclu olduğu 2386,64 (iki min üç yüz səkən altı manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, cərimə borcu üzrə 238, 36 (iki yüz otuz səkkiz manat otuz altı qəpik) manat, ümumilikdə isə 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pul alınıb iddiaçı "ABC TELECOM” MMC-yə ödənilməli və borclu Şəxs 46,25 manat dövlət rüsumu alınıb iddiaçı "ABC TELECOM”MMC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1109/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən borclu Şəxs 1200 manat əsas borc və 45,60 manat məbləğində cərimə olunmaqla, ümumilikdə cəmi 1245,60 manat məbləğində borc və 32,46 manat məbləğinə dövlət rüsumu tutularaq iddiaçı "Azbeauty Group” MMC-nə ödənilməlidir. İş materiallarında olan “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1027/2024 saylı, xx.xx.2024-cü il tarixli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərində borclu Şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1225/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1027/2024 saylı, xx.xx.2024-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1923/2024 saylı, xx.xx.2024-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1663/2024 saylı, xx.xx.2024cü il tarixli və Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1109/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını tam təmin etməmiş və qeyd olunan icra sənədlərinin icrasını təmin etmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1225/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra da, Şəxs məhkəmə qərarlarında göstərildiyi qaydada üzərinə düşən öhdəlikləri icra etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar