Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4482/2020 16.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 10:11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli Bül-Bül küçələrinin kəsişməsində polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs ünvan 2 ünvanında “BMW” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman YPX-nin əməkdaşı ona saxla işarəsi verilsə də o, buna məhəl qoymamış, daha sonra Ş.Bədəlbəyli küçəsi ilə Bülbül küçəsinin kəsişməsində saxlanılmış, ona dərhal barəsində protokol tərtib edilməsinin səbəbləri izah edilmiş, lakin o, avtomobilində olan səs boğucu olmasını təsdiq etsə də cərimə meydançasına getməyəcəyini və yerində cərimə edilməsini YPX əməkdaşından tələb etmişdir. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 22-ci PB-nə gətirilmiş və Bölmədə olarkən onun xx xxxxxxx 1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru K.M.Rəhimov Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bundan başqa, inspektor K.M.Rəhimov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, vətəndaş Şəxs saxla işarəsi verildikdə sonuncu avtomobilin hərəkətini dayandırmış, yerində protokol tərtib edilməsi və ona hüquqlarının izah edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 96 ünvanının qarşısında etibarnamə əsasında idarə etdiyi “BMW M6” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomoboli idarə edən zaman YPX əməkdaşı ona saxla işarə verərək ona yaxınlaşıb özünü təqdim etmiş, ona avtomobilin səs boğucusunda problem olması səbəbindən onun idarə etdiyi avtomaşını cərimə meydançasına yerləşdirilmək istədiyini bildirmişdir. Lakin o, polis əməkdaşının bu tələbi ilə razılaşmamış, yerində protokol tərtib edilməsini xahiş etmiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, o, DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və mübahisə zamanı o, YPX əməkdaşına heç bir kobudluq göstərməmiş, yalnız ondan hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edilməsini xahiş etmiş, sadəcə avtomobilinin protokolsuz cərimə meydançasına yerləşdirilməsinə etiraz etmişdir. Bu səbəbdən YPX əməkdaşı ərazidə xidmət aparan PPX əməkdaşlarını dəvət edib onu 22-ci PŞ-nə aparmışlar. Göründüyü kimi o, polis işçisinin qanuni tələbinə riayət etmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, **-TT-*** dövlət qeydiyyat nişanı olan, ban WBAEH91025B777026 nömrəli “BMW M6” avtomobili idman səs boğucu sistemə malik olmuşdur. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin arayışından görünür ki, **-TT-*** dövlət qeydiyyat nişanı olan, ban WBAEH91025B777026 nömrəli “BMW M6” avtomobili idman səs boğucu sistemə malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində özünə məxsus olan “BMW” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli Bül-Bül küçələrinin kəsişməsində hərəkət edərkən YPX-nin əməkdaşı ona saxla işarəsi vermiş, o avtomobilini saxlamış, YPX əməkdaşı ondan maşınını cərimə meydançasına aparmasını istəmiş, o isə polis əməkdaşından hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edilməsini və protokolun olduğu yerdə yazılmasını xahiş etmişdir. Buna baxmayaraq onu qanunsuz olaraq polis əməkdaşları Nəsimi RPİ-nin 22-ci PB-nə aparmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, T.H.X3 Xidmətinin əməkdaşlarına hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edilməsini və protokolun olduğu yerdə yazılmasını xahiş etməsini, cərimə meydançasına getmək istəməməsi onun polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4482/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4482/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver