Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4514/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 iyul 2024-cü il tarixli, 00100-01778/24 (EP 0155481) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs QSC-nin ünvanına Ukraynadan CE5058EE/CE5445XP nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********1306 sorğu nömrəli xx.xx.2024-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair qömruk bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs QSC-nin ünvanına Ukraynadan idxal edilmir yüklərə dair Azərbaycan Respublikası Gomruk Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibatı xəta baş vermişdir. Araşdırma zamanı Şəxs QSC-nin ünvanına Ukraynadan idxal edilmiş malların daşındığı CE5058EE/CE5445XP nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 09:55-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 protokola etiraz edərək bildirmişdir ki, Dövlət Gömrük Xidmətinin Bakı Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən xx.xx.2024-cü il tarixində 00100-01778/24 nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, **********306 sorğu nömrəli gömrük bəyannaməsində Şəxs QSC-nin ünvanına Ukraynadan idxal edilmiş malların daşındığı CE5058EE/CE5445XP nömrəli nəqliyyat vasitəsi AR gömrük ərazisinə daxil olmuş, lakin qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla bağlı bildiririk ki, malların AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən AR ərazisinə idxal edildiyi zaman ilk növbədə qısa idxal bəyannaməsi təqdim edilməlidir. İdxal olunan malların xüsusiyyətlərindən asılı olaraq bəyannamələrdə (**********306, **********8373) əks olunan dərman vasitələri olduğundan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən rəyin əldə olunması üçün müvafiq prosedurlar həyata keçirilən müddətdə mallar müvvəqəti saxlanc bəyannaməsi təqdim edilərək gömrük ərazisində saxlanılır. Rəy “AVROMED COMPANY" QSC-yə təqdim edildikdən sonra Sərbəst dövriyyə üçün **********306 sorğu nömrəli buraxılış gömrük bəyannaməsi təqdim edilmiş, bəyannamədə isə 40 şifrəsi yanında bundan öncəki saxlanc bəyannaməsinin yəni **********8373 nömrəsi qeyd edilmişdir. Sözügedən hər iki **********306, **********8373 nömrəli bəyannamələrdə qeyd olunan malların adı, barkodları, çəkisi eynidir. Tərtib olunan protokolda qeyd olunan mallar üzrə Şəxs QSC xx.xx.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsinin 3(006)-2490/2024 nömrəli qərarı ilə AR İXM-nin 485.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İzahatının sonunda inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən xx.xx.2024-cü il tarixində 00100-01778/24 nömrəli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)- 2490/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük X1rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). X9 Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı X3 müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2490/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Hazırda isə eyni fakta, yəni Şəxs QSC-nin ünvanına Ukraynadan idxal edilmiş malların daşındığı CE5058EE/CE5445XP nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 09:55-də daxıl olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməməsi əməlinə hüquqi qiymət verilməsi üçün inzibati material məhkəməyə təqdim edilmişdir. Belə olan halda, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu üçün inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2490/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi qiymət verilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat məbləğində cərimə edildiyi üçün eyni fakt üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4514/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4514/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver