Məhkəmə qərarları › İş №3(006)-4529/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4529/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4529/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 11 iyul 2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, 11 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə 15 avqust 2025-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 11 iyul 2025-ci il tarixli qərarının Tural Bağırov barəsində deyil, Nemət Abbasov barəsində qəbul edildiyini qeyd etmiş və bu səbəbdən şikayətin geri qaytarımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, vəsatət, şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, 11 iyul 2025-ci il tarixli qərarının surətindən görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs həmin qərardan şikayət ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin hazırki iş üzrə şikayət barəsində qərar çıxarılmış şəxs (X1) deyil, başqa şəxs (X2) məhkəməyə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı, 11 iyul 2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar