Məhkəmə qərarları › İş №3(006)-4542/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4542/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4542/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri üzrə şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 23 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 57110,36 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 57110,36 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC barəsində inzibati xəta haqqənda ptokol tərtib edilmişdir ona görə ki, sonuncu xx.xx.2022ci İl tarixində 57110,36 ABŞ dollar məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçsə də həmin dəyərdə nə mal ölkəyə idxal edilmiş, nə də ki, valuta vəsaiti geri qaytarılmamışdır. Hesab edirik ki, hazırda Azərbaycan Respybükası Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilənlərə əsasən əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə Şəxs MMC arasında malların alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən satıcı xx.xx.2022-ci il tarixinə və ya ondan əvvəlki tarixə qədər satıcı mqavilədə qeyd olunan malları alıcıya satma, təhvil vermək və çatdırılmasını təmin etmək öhdəlikliklərini üzərinə götürmüşdür. Satın alınan mallar kosmetik məhsullar olmuşdur. Tərəflər arasında bağlanmış həmin müqavilənin 7.2-ci bəndinin şərtlərinə əsasən alınmış mallar Azərbaycan respyblikasına deyil, Russiya Federasiyasının Moskva şəhərinə çatdırılması və boşaldılmasına razılıq əldə edilmişdir. Belə ki, bu yuxarıda göstərilən müqavilə ilə yanaşı Şəxs MMC arasında həmçinin Rusiyya Federasiyasının LAYMA-LUKS RUS MMC arasında xx.xx.2022-ci il tarixində yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ilkin yəni, xx.xx.2022-ci il tarixində SJS POTİ şirkəti ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış kosmetik məhsullar Şəxs MMC tərəfindən LAYMA-LUKS RUS MMC-və satılmışdır. Hər iki müqavilənin dəyəri (müqavilələrin 2.4-cü bəndlərinə əsasən) 1.000.000 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Göstərilən əməliyyatlarının əsası o olmuşdur ki, yuxanda istinad etduyimiz hər iki müqavilənin bağlanmasından öncə hazırda məhkəməyə təqdim eldiyimiz xx.xx.2022-ci il tarixində aşağıda adlan qeyd olunan beş hüquqi şəxs arasında Agent (Vasitəçi) müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilədə Agent (Vasitəçi) rolunu oynayan Şəxs MMC, Prinsepial rolunu oynayan LAYMA-LUKS RUS MMC, Satıcı rolunu oynayan SJS POTİ şirkəti və Subagentlər rolunu oynayan DİPTRANS MMC və İMPEKS MMC aralarında rəsmi təsdiq olunmuş saziş mövcuddur. Həmin sazişin 2-ci bəndində qeyd olunan şərtlərdən müəyyən olunur ki, Şəxs MMC digər hüquqi şəxslər arasında aparılan bütün alqı-satqı əməliyallarında Vasitəçi (Agent) rolunu oynamışdır. Hətta bu haqda LAYMA-LUKS RUS MMC tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilməklə eyni tarixli 27 nömrəli həmin səlahiyyətlər etibarnamə ilə təsdiq edilmişdir. Belə ki, SJS POTİ şirkəti və LAYMA-LUKS RUS şirkəti ilə ATOM MMC arasında bağlanmış müqavilələrə uyğun olaraq ATOM MMCnin Vasitəçi olaraq xidmət haqqısı nəzərə alınaraq xx.xx.2022-ci il tarixində 58823,67 ABŞ dollar dəyərində kasmetik məhsullar Russiya Federasiyasının ərazisinə idxal edilmişdir. Qeyd edilməlidir ki, vaxti ilə yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli Agent müqaviləsinin şərtlərinə uyğun olaraq Şəxs MMC ilə xx.xx.2022-ci il tarixində Rusiyya Federasiyasının DİPTRANS MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən neft məhsulları Şəxs MMC tərəfindən alınmış, lakin daha sonra Şəxs MMC ilə Gürcüstan Respublikasının İMPEKS MMC arasında eyni tarixdə yəni xx.xx.2022-ci il tarixində DİPTRANS MMC-dən alınmış neft məhsulu İMPEKS MMC-yə satılmışdır (həmin müqavilələrdə sübut kimi etiraza əlavə olunur) və (neft məhsullarının DİPTRANS MMC-yə çatdırılması ilə bağlı müvafiq yük gömrük bəyəmnamələri və invoys sənətlərin surətləri hazırki etiraza əlavə olunur). Eyni zamanda, yuxarıda istinad edilən hər dörd müqavilə üzrə Şəxs MMC-nin vasitəçi olması Şəxs MMC-nin rəhbərliyi tərəfindən LAYMA-LUKS RUS şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarlada müəyyən olunur. Məhz həmin məktubların məzmunlarından görünür ki, Şəxs MMC tərəfindən Rusiyya Federasiyasının LAYMA- LUKS RUS şirkəti üçün vasitəçi kimi satın alınmış malların dəyərinin ödənilməsi xahiş edilmiş və bu haqda bank rekvizitləri şirkətin diqqətinə çatdırılmışdır. Hazırda, məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin Rabitə bankda olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022 - xx.xx.2023-cü il tarixinədək Satıcı rolunu oynayan İMPEKS MMC tərəfindən xx.xx.2022-ci il tarixində 55000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 9000 ABŞ dolları, yəni cəmi 64000 ABŞ dollar pul məbləğində vəsait Şəxs MMC-nin hesabına kömürülmüşdür. Daha sonra, həmin vəsaitdən xx.xx.2022-ci il tarixində 57110,36 ABŞ dollar pul SJS POTİ şirkətinin bank hesabına Şəxs MMC tərəfindən köçürülmüşdür. Yəni, buradan göründüyü kimi, Şəxs MMC həmin vəsaitin sahibi olmamışdır, Şəxs MMC yalnız bu əməliyatda Vasitəçi (Agent) şirkəti olmuşdur (Bununla bağlı bank hesabından çıxarışın surəti etiraza əlavə edilir). Məhkəmənin diqqətinə çatdırırıq ki, yuxarıda açıqladığımız müqavilə əməliyyatları ilə bağlı yəni, oxşar işlər üzrə 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı qəbul edilmişdir. Həmin Qərardadda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, inzibati məsuliyyət şəxsin ödənilmiş valyuta vəsaiti müqabilində, müvafiq malları ölkə ərazisinə idxal etməməsi və idxalı təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması nəticəsində yaranır. Gömrük bəyannaməsinin təqdim edilməməsi gömrük orqanları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu isə bu qərardadla qanunvericiliyin düzgün şərh edilməsi məqsədi ilə "vasitəçilik" xarakterli münasibətlər zamanı aparılan köçürmələr məsələsinə X1 ilə aydınlıq gətirdi. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər X2 Heyətinin qəbul etdiyi Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimlənir. Burada qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim olunması və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğin geri qaytarılması əks olunmuşdur. Lakin nəzərə almaq lazımdır ki, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı isə alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini təqdim etmək öhdəliyi də mövcud olmur. Bu baxımdan İXM-nin 430.4- cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə üçün, “şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır”. Hazırki işin faktlarından belə hal mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, bu formada işlərə baxılarkən məhkəmələr hərtərəfli araşdırma etməli, inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə edilən hərəkətlərin kimin vəsaiti hesabına həyata keçirilməsini müəyyənləşdirməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmamasını araşdırmalıdır. Bununla bağlı Plenum belə qənaətə gəlmişdir ki, "Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasnın, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır. "Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər”. Hazırda, yuxanda istinad etdiyimiz Konstitusiya Məhkəməsinin Plenum Qərardadında göstərilənləri əsas tutaraq, hesab edirik ki, Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 57110,36 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin Vasitəçi (Agent) kimi köçürməni hıəyata keçirtdiyindən həmin cəmiyyət İXM-nın 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, 30 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının apan iması Qaydalarının 4.3.2-1-cı yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı bu halı istisna edir. Göstərilənlərə əsasən, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə və ümumiyyətlə inzibati xəta hadisəsi baş vermədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə başianmaış inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixində “SJS POTİ” şirkətinin müvafiq bank hesabına 57110,36 ABŞ dolları ödəniş edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, yuxarıda göstərilən ödənişdən bir neçə gün əvvəl – xx.xx.2022-ci il tarixdə 55000,00 ABŞ dolları, xx.xx.2022-ci il tarixində isə 9000,00 ABŞ dolları məbləğində vəsait “mal alışı” məqsədilə Şəxs MMC-nin hesabına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 57110,36 ABŞ dolları məbləğində vəsait həmin hüquqi şəxsin öz vəsaiti olmamışdır. Belə ki, faktiki olaraq vasitəçilik fəaliyyəti ilə məşğul olan Şəxsnə bu vəsaitdən daha artıq həcmdə pul (64000,00 ABŞ dolları) xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində müvafiq malların alışı məqsədilə onun "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Vəsaiti qəbul etdikdən bir neçə gün sonra isə Şəxs bu vəsaitdən 57110,36 ABŞ dolları məbləğində pulu müvafiq malların alınaraq Rusiya Federasiyasında yerləşən şirkətə çatdırılması üçün SJS POTİ şirkətinə ödəmişdir. Göründüyü kimi, Şəxs daha əvvəl xaricdən onun hesabına daxil olmuş vəsaitlə bağlı köçürmə əməliyyatını icra etdiyindən ölkədən əvəzsiz olaraq valyutanın çıxarılması halı müşahidə edilmir. Bu isə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın qəbul edilməsində əsas məqsəd olan ölkənin tədiyyə balansında valyuta kəsirinin azalmasını istisna etmiş olur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar