Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-455/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X2 iştirakları ilə, Şəxs Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Şəxs MTK-nın barəsində tərtib olunmuş inzibati material baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 36 ünvanında yerləşən Şəxs MTK-da keçirilmiş yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması standartlarının, normalarının və qaydalarının tələblərinin pozulduğu müəyyən edilmiş, bununla da, Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin nümayəndəsi X3 izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 36 ünvanında yerləşən Şəxs MTK-da keçirilmiş planlı yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çatışmazlıqlar aşkar olunmuş və bununla bağlı İXM-nin 518.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs MTK barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MTK-nın nümayəndəsi X4 bildirmişdir ki, Şəxs MTK barəsində protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Belə ki, Mənzil Tikinti Kooperativi olaraq binanın tikintisini bitirdikdən sonra həmin binanı 2013-cü ildə istismara vermişlər. Bununla bağlı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 2/2 saylı sərəncamı ilə təsdiq edilmişdir. Onlar binanı sakinlərin istifadəsinə təhvil vermişlər və həmin bina ilə heç bir əlaqələri qalmamışdır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 36 ünvanında yerləşən Şəxs MTK-da keçirilmiş yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması standartlarının, normalarının və qaydalarının tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 2/2 saylı sərəncamı ilə təsdiq edilmiş, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktından görünür ki, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Koveroçkin küçələrinin kəsişməsi, 756-cı məhəllədə 16 mərtəbəli (+texmərtəbə) 2 girişli yaşayış binası (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 36 ünvanında yerləşən yaşayış binası Şəxs MTK-nın balansında deyil. Qeyd edilən ünvanda olan yaşayış binası 2013-cü il tarixdən sakinlərin istifadəsinə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MTK-nın Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-455/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-455/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver