Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4551/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxsin nümayəndəsi: nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 106.071,13 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmiş və tərtib edilmiş protokol qanunsuzdur. Prokotolda istinad olunan 2 il müddəti” Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”n 4.3.1.3.-cü bəndindən götürülmüşdür. Həmin Qaydaların 4.3.1.3-ci bəndində qeyd olunur ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 02 ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 03 ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Qaydaların 4.3.1-ci bəndində isə göstərilmişdir ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar. Digər sözlərlə, 2 il müddətinə” istinad edən Qaydaların 4.3.1.3 saylı altbəndi üzrə ödənişlər (əməliyyatlar) həmin Qaydaların 4.3.1 saylı üst-bəndi ilə müəyyən olunan məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişlər (əməliyyatlar) kateqoriyasına aid olunur. Qaydaların 4.3.1 saylı üst-bəndi ümumilikdə beş altbəndini tənzimləyir: 4.3.1.1-dən 4.3.1.5-dək və bunların hamısı məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişləri (əməliyyatları) tənzimləyir. Şəxs MMC öz fəaliyətini həm Azərbaycanda həm də xaricdə tikinti-inşaat sahəsində aparır və mütəmadi olaraq beynəlxalq inşaat tenderlərində iştirak edir. Hazırkı məhkəmə işinin predmeti də Şəxs MMC-nin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. Belə ki, X4 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X6 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz, 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi olan Şəxs MMC 05 aprel 2021-ci il tarixdə həmin tenderin nəticələrinə görə Layihə üzrə Sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi (bundan sonra “Sifarişçi” adlanacaq) ilə üç lot (hissə) üzrə müvafiq Podrat Müqavilələrini (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Layihənin icrası hal-hazırda da davam edir. Podrat Müqavilələri üzrə bütün ödənişlər Sifarişçi tərəfindən ABŞ dollarında birbaşa Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilir. Xaricdən Azərbaycana daxil olan həmin xarici valyuta vəsaiti hesabına da Şəxs MMC Sifarişçi qarşısında Layihə üzrə müqavilə öhdəliklərini icra etmək məqsədilə müvafiq mal və xidmət təchizatçılarına onlarla olan müqavilələr əsasında xarici valyuta ödənişlərini heyəta keçirir ki, müvafiq mal və xidmətlər Layihənin icra olunduğu ölkəyə (Özbəkistana) tədarük edilsin. Belə ki, 13 sentyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, NWC- 2108-00116 saylı Alqı-Satqı Müqaviləsi (Əlavə 1) əsasında "xxxx" ASC-dakı bank hesabından Satıcı təşkilat Türkiyənin “X8 Sanayi Anonim Şirketi”nə köçürülən 106.071,13 Avro məbləğində ödəniş məhz yuxarıda göstərilən beynəlxalq tenderin nəticəsində Şəxs MMC-nin qazandığı Layihənin icrası məqsədilə həyata keçirilmişdir. Həmin Alqı-Satqı Müqaviləsi üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi Layihənin həyata keçirilən ölkə olan Özbəkistana həyata keçirilmişdir. Belə ki, Müqavilə üzrə alınan malların Şəxs MMC-nin Özbəkistanda icra etdiyi Layihə üçün nəzərdə tutulduğu birbaşa Müqavilənin preambulasında tam aydın şəkildə vurğulanmışdır. 106.071,13 Avro məbləğində 13 sentyabr 2021-ci il tarixli ödəniş Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın (Qaydalar) 4.3.4-1.-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələrə aiddir. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Belə ki, bütün müvafiq məlumatlar Şəxs MMC tərəfindən "xxxx" ASC-yə dolğun şəkildə zamanında təqdim edilmişdir. Hazırki məhkəmə işinin predmeti olan 106.071,13 Avro məbləğində 13 sentyabr 2021-ci il tarixli xarici valyuta köçürməsi tam qanuni şəkildə sözügedən Qaydaların 4.3.4-1-ci bəndinə əsasən icra edilmiş, həmin Qaydaların 4.3.1-ci bəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə əməliyyatlar kategoriyasına aid deyildir və bununla Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti üçün əsas yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 106.071,13 Avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə fəaliyyət göstərən “X8 SANAYİ ANONİM” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli, NWC-2108-00116 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, NTU********** saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 106.071,13 Avro məbləğində pul göndərilmişdir; • "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, PB-OUT- 06464-2023 saylı məktubda göstərilir ki, Şəxs MMC olaraq tərəfinizdən sürəti bu məktubun qoşmasına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, NWC-2108-00117 saylı Alqı- Satqı Müqaviləsi əsasında "xxxx" ASC-də açılmış bank hesabınızdan xx.xx.2021-ci il tarixdə 23.381,67 USD məbləğində və xx.xx.2021-ci il tarixli, NWC-2108-00116 saylı Alqı- Satqı Müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə 106.071,13 EUR məbləğində ödənişlər Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən həyata keçirilmişdir. Ödəniş icra edilməsi zamanı ödənişin beynəlxalq tender əsasında əməliyyatın olması barədə məlumat Bankda olmadığından ödənişlər avans üzrə köçürmə kimi aparılmış və 2 illik müddət bitənə yaxın avans məbləğinin bəyan edilməsi istənilmişdir. Qeyd olunan müddət bitdikdə avans məbləği bəyan edilmədiyi üçün müvafiq məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. Eyni zamanda, avansın bəyan edilməsi zamanı tərəfinizdən bildirmişdir ki, həyata keçirilən ödənişlər beynəlxalq tender nəticəsində Şəxs MMC-nin qazandığı Layihənin icrası məqsədilə aparılmış və həmin Alqı-Satqı Müqavilələri üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi Layihənin həyata keçirildiyi ölkə olan Özbəkistana icra edilmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, tərəfinizdən daha sonra təqdim olunan məlumata və sənədlərə əsasən X4 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X6 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz (A380 Kunqrad-Daut-Ata hissəsi - 240 km), 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi elan edilmiş və sizinlə həmin tenderin nəticələrinə görə Layihə üzrə Sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi ilə üç lot (hissə) üzrə 05 aprel 2021-ci il tarixində Podrat Müqavilələri (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Bu səbəbdən sadalanan ödənişlərin faktiki olaraq Qaydaların 4.3.4-1-ci bəndinə uyğun olaraq rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı ödənişlər olması Bank tərəfindən müəyyən edilmişdir. Təqdim olunmuş sənədlər və məlumatlar əsasında "X7" MMC tərəfindən 2021-ci ildə yuxarıda qeyd olunmuş layihə üzrə həyata keçirilmiş və avans kimi qeydə alınmış köçürmələrin tenderlə bağlı köçürmələr kimi qəbul edilməsinə rəy bildirilməsi üçün tərəfimizdən Mərkəzi Banka müraciət edilmiş və müraciətə müsbət rəy təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin Qaydaların 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “X8 SANAYİ ANONİM” şirkəti arasında xx.xx.2021-ci il tarixli, NWC-2108-00116 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixdə 106.071,13 Avro məbləğində göndərilən vəsait MMC-nin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. Belə olan halda yuxarıda göstərilən Qaydaların 4.3.1.3-cü bəndinin tələbləri Şəxs MMC tərəfindən həyata keçirilmiş bu köçürməyə şamil edilə bilməz. Bu hal da öz növbəsində inzibati xəta hadisəsini istisna edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4551/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4551/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver