Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4553/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxsin nümayəndəsi: nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Əliyev küçəsi, ev 117B, mənzil 117C; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 13.651,80 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs MOON GROUP AZ MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC ilə Çində fəaliyyət göstərən “YİWU JİNHAO TRADE CO LİMİTED” şirkəti arasında bir neçə müqavilə imzalanıb. Cəmiyyətin "xxxx" ASC-də olan hesabından həmin şirkətə 18.259,60 ABŞ dolları dəyərində xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə xx.xx.2021-ci il tarixdə qabaqcadan ödəniş kimi 13.651,80 ABŞ dolları məbləğində pul göndərilmiş, lakin texniki səhv olaraq ödənişin təyinatı kimi xx.xx.2021-ci il tarixli, 2021-0408 saylı müqavilənin əvəzinə xx.xx.2021-ci il tarixli, A2021-0901 saylı müqavilə göstərilərək bu sənəd təqdim olunmuşdur. **********0898 saylı gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixli, 2021-0408 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə 18.259,60 ABŞ dolları dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Eyni zamanda, sonradan yaranmış bu anlaşmazlığın aradan qaldırılması üçün banka müraciət edilmiş və məsələ öz həllini tapmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 15 sentyabr 2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 13.651,80 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Çində fəaliyyət göstərən “YİWU JİNHAO TRADE CO LİMİTED” şirkətinin hesabına xx.xx.2021-cİ il tarixli, A2021-0901 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 13.651,80 ABŞ dolları məbləğində pul göndərilmişdir; • “YİWU JİNHAO TRADE CO LİMİTED” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, RS014 saylı invoysda satılan malların ümumi dəyəri 18.259,60 ABŞ dolları göstərilmişdir; • **********0898 saylı gömrük bəyannaməsinə görə “YİWU JİNHAO TRADE CO LİMİTED” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli, 2021-0408 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə göndərilən 18.259,60 ABŞ dolları dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur; • "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 019/1235 saylı məktubda qeyd olunur ki, şirkətin xx.xx.2021-ci il tarixli CDATUX********** saylı 13.651,80 ABŞ dolları köçürməsində təyinata aşağıdakı düzəliş edilmişdir: müqavilənin hazırki nömrəsi – 2021-0408, tarix xx.xx.2021. Beləliklə müəyyən edilir ki, Şəxs MMC tərəfindən Çində fəaliyyət göstərən “YİWU JİNHAO TRADE CO LİMİTED” şirkətinə "xxxx" ASC-də olan hesabından 18.259,60 ABŞ dolları dəyərində xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə xx.xx.2021-ci il tarixdə qabaqcadan ödəniş kimi 13.651,80 ABŞ dolları məbləğində pul göndərilmiş, lakin texniki səhv olaraq ödənişin təyinatı kimi xx.xx.2021-ci il tarixli, 2021-0408 saylı müqavilənin əvəzinə xx.xx.2021-ci il tarixli, A2021-0901 saylı müqavilə göstərilmişdir. **********0898 saylı gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixli, 2021-0408 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, RS014 saylı invoys üzrə 18.259,60 ABŞ dolları dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuş və köçürmənin təyinatında olan mövcud anlaşmazlıq bank tərəfindən aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4553/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4553/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver