Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4558/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 23381,67 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X3 məhkəməyə izahat təqdim edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmiş və 25 sentyabr 2023-cü il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokol əsassız tərtib edildiyindən qanunsuzdur. Həmin protokolu dövlət orqanının öncədən hər hansı araşdırma aparmadan sahibkarlıq fəaliyyətləri əsassız müdaxilə kimi qiymətləndirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1.-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2.-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda da inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 25 sentyabr 2023-cü il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokolda qeyd olunur: Şəxs MMC 23381.67 ABŞ dolları məbləğində vəsaiti 10 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23381.67 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt protokola əlavə edilmiş sənədlər (bank tərəfindən təqdim edilmiş məktub, köçürmə haqqında ərizə, köçürmənin təyinatını əks etdirən müqavilə və s.) ilə təsdiq edilir.” Prokotolda istinad olunan “2 il müddəti” Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentiərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların (bundan sonra “Qaydalar” adlanacaq) 4.3.1.3.-cü bəndindən götürülübdür. Qaydaların 4.3.1.3.-ci bəndi aşağıdakıları qeyd edir: “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Xüsusilə vurğulanmalıdır ki, “2 il müddətinə” istinad edən yuxarıda göstərilən Qaydaların 4.3.1.3.ci bəndi həmin Qaydaların 4.3.1,-ci bəndinin altbəndidir. Qaydaların 4.3.1.-ci bəndi isə bunu vurğulayır: “Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezİdentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:”. Digər sözlərlə, “2 il müddətinə” istinad edən Qaydaların 4.3.1.3. saylı altbəndi üzrə ödənişlər (əməliyyatlar) həmin Qaydaların 4.3.1. saylı üst-bəndi ilə müəyyən olunan məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişlər (əməliyyatlar) kateqoriyasına aid olunur. Qaydaların 4.3.1. saylı üst-bəndi ümumilikdə beş altbəndini tənzimləyir: 4.3.1.1-dən 4.3.1.5-dək və bunların hamısı məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişləri (əməliyyatları) tənzimləyir. Şəxs MMC öz fəaliyyətini həm Azərbaycanda həm də xaricdə tikinti-insaat sahəsində aparır və mütəmadi olaraq beynəlxalq inşaat tenderlərində iştirak edir. Hazırkı məhkəmə işinin predmeti də Şəxs MMC-nin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. Belə ki, X5 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X9 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2ci Dəhliz (A380 Kunqrad-Daut-Ata hissəsi - 240 km), 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi olan Şəxs MMC 05 aprel 2021ci il tarixdə həmin tenderin nəticələrinə görə Layihə üzrə Sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi (bundan sonra “Sifarişçi” adlanacaq) ilə üç lot (hissə) üzrə müvafiq Podrat Müqavilələrini (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Layihənin icrası halhazırda da davam edir. Xüsusilə qeyd olunmalıdır ki, Podrat Müqavilələri üzrə bütün ödənişlər Sifarişçi tərəfindən ABŞ dollarında birbaşa Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilir. Xaricdən Azərbaycana daxil olan həmin xarici valyuta vəsaiti hesabına da Şəxs MMC Sifarişçi qarşısında Layihə üzrə müqavilə öhdəliklərini icra etmək məqsədilə müvafiq mal və xidmət təchizatçılarına onlarla olan müqavilələr əsasında xarici valyuta ödənişlərini heyəta keçirir ki, müvafiq mal və xidmətlər Layihənin icra olunduğu ölkəyə (Özbəkistana) tədarük edilsin. Belə ki, 10 sentyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, NWC-2108-00117 saylı Alqı-Satqı Müqaviləsi (Əlavə 1) əsasında "xxxx" ASC-dakı bank hesabından Satıcı təşkilat Belorusiyanın "xxxx" MMC-nə (OOO «Глoбалтест») köçürülən 23381.67 ABŞ dolları məbləğində ödəniş məhz yuxarıda göstərilən beynəlxalq tenderin nəticəsində Şəxs MMC-nin qazandığı Layihənin icrası məqsədilə həyata keçirilmişdir. Həmin Alqı-Satqı Müqaviləsi üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi Layihənin həyata keçirilən ölkə olan Özbəkistana həvata keçirilmişdir. Belə ki, Müqavilə üzrə alman malların Şəxs MMC-nin Özbəkistanda icra etdiyi Layihə üçün nəzərdə tutulduğu birbaşa Müqavilənin preambulasında tam avdın səkildə vurğulanıbdır. 23381.67 ABŞ dolları məbləğində 10 sentyabr 2021-ci il tarixli ödəniş Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının (Qaydalar) 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələrə aiddir. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin, malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Belə ki, bütün müvafiq məlumatlar Şəxs MMC tərəfindən "xxxx" ASC-yə dolğun şəkildə zamanında təqdim edilmişdir. Hesab edirlər ki, məhkəmə işinin predmeti olan 23381.67 ABŞ dolları məbləğində 10 sentyabr 2021-ci il tarixli xarici valyuta köçürməsi tam qanuni şəkildə sözügedən Qaydaların 4.3.4-1-ci bəndinə əsasən icra edilmiş, həmin Qaydaların 4.3.1ci bəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə əməliyyatlar kategoriyasına aid deyildir və bununla Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti üçün əsas yoxdur. Bundan başqa, hal-hazırda Özbəkistanda icrası davam edən iri miqyaslı beynəlxalq Layihə timsalında Şəxs MMC Azərbaycanın bir sahibkarlıq subyekti olaraq, öz peşəkar xidmətlərini ixrac etməklə və ölkənin bank sisteminə xarici valyutanın mədaxil olunmasına səbəb olmaqla, ölkənin iqtisadiyyatına və onun ixrac potensialının güclənməsinə əhəmiyyətli töhfə verdiyini hesab edirlər. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Belarusiya Respublikasında yerləşən "xxxx" LTD-nin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 23381,67 ABŞ dolları məbləğində pul göndərilmişdir; - 05 aprel 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdə Özbəkistan Respublikası Yol Komitəsi yanında Respublikası Yol Fondu (bundan sonra sifarişçi) və digər tərəfdən “X10 San və Tic A.Ş” və “X4” Məhdud Məsuliyətli Şirkətindən ibarət “Polatyol NWC” Konsorium (bundan sonra icraçı) arasında bağlanmış, sifarişçi 964-1004-cü km-i (40 km) əhatə edən KRP/OCB/CW-01-Lot1: X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol Layihəsi (A380 Kunqrad- Daut-Ata Bölməsi - 240 km) kimi tanınan işlərin icraçı tərəfindən icra olunmasını istəyir və bu işlərin icra olunması və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması üçün icra tərəfindən verilən təklifi qəbul etmişdir. - 05 aprel 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdə Özbəkistan Respublikası Yol Komitəsi yanında Respublikası Yol Fondu (bundan sonra sifarişçi) və digər tərəfdən “X10 San və Tic A.Ş” və “X4” Məhdud Məsuliyətli Şirkətindən ibarət “Polatyol NWC” Konsorium (bundan sonra icraçı) arasında bağlanmış, sifarişçi 1004-1044-cü km-i (40 km) əhatə edən HRP/OCB/CW-01-Lot1: X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol Layihəsi (A380 Kunqrad- Daut-Ata Bölməsi - 240 km) kimi tanınan işlərin icraçı tərəfindən icra olunmasını istəyir və bu işlərin icra olunması və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması üçün icra tərəfindən verilən təklifi qəbul etmişdir. - 05 aprel 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdə Özbəkistan Respublikası Yol Komitəsi yanında Respublikası Yol Fondu (bundan sonra sifarişçi) və digər tərəfdən “X10 San və Tic A.Ş” və “X4” Məhdud Məsuliyətli Şirkətindən ibarət “Polatyol NWC” Konsorium (bundan sonra icraçı) arasında bağlanmış, sifarişçi 1044-1084-cü km-i (40 km) əhatə edən HRP/OCB/CW-01-Lot1: X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol Layihəsi (A380 Kunqrad- Daut-Ata Bölməsi - 240 km) kimi tanınan işlərin icraçı tərəfindən icra olunmasını istəyir və bu işlərin icra olunması və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması üçün icra tərəfindən verilən təklifi qəbul etmişdir. - "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC olaraq, tərəfinizdən sürəti bu məktubun qoşmasına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, NWC-2108-00117 saylı Alqı-Satqı Müqaviləsi əsasında "xxxx" ASC-də açılmış bank hesabınızdan xx.xx.2021-ci il tarixdə 23,381.67 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixli, NWC-2108-00116 saylı Alqı-Satqı Müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə 106,071.13 EUR məbləğində ödənişlər Azərbaycan Respublikası Mərkəzi X2 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na (Qaydalar) əsasən həyata keçirilmişdir. Ödəniş icra edilməsi zamanı ödənişin beynəlxalq tender əsasında əməliyyatın olması barədə məlumat Bankda olmadığından ödənişlər avans üzrə köçürmə kimi aparılmış və iki illik müddət bitənə yaxın avans məbləğinin bəyan edilməsi istənilmişdir. Qeyd olunan müddət bitdikdə avans məbləği bəyan edilmədiyi üçün müvafiq məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. Eyni zamanda avansın bəyan edilməsi zamanı tərəfinizdən bildirmişdir ki, həyata keçirilən ödənişlər beynəlxalq tender nəticəsində Şəxs MMC-nin qazandığı Layihənin icrası məqsədilə aparılmış və həmin Alqı-Satqı Müqavilələri üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi Layihənin həyata keçirildiyi ölkə olan Özbəkistana icra edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, tərəfinizdən daha sonra təqdim olunan məlumata və sənədlərə əsasən, X5 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X9 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz (A380 Kunqrad-Daut-Ata hissəsi - 240 km), 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi elan edilmiş və sizinlə həmin tenderin nəticələrinə görə Layihə üzrə Sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi ilə üç lot (hissə) üzrə 05 aprel 2021-ci il tarixində Podrat Müqavilələri (Lot 1: ***-**** km, Lot 2: 1004- 1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Bu səbəbdən sadalanan ödənişlərin faktiki olaraq Qaydaların 4.3.4-1-ci bəndinə uyğun olaraq rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı ödənişlər olması Bank tərəfindən müəyyən edilmişdir. Təqdim olunmuş sənədlər və məlumatlar əsasında Şəxs MMC tərəfindən 2021-ci ildə yuxarıda qeyd olunmuş layihə üzrə həyata keçirilmiş və avans kimi qeydə alınmış köçürmələrin tenderlə bağlı köçürmələr kimi qəbul edilməsinə rəy bildirilməsi üçün tərəflərindən Mərkəzi Banka müraciət edilmiş və müraciətlərinə müsbət rəy təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin “Qaydaları”nın 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC-nin fəaliyyəti həm Azərbaycanda həm də xaricdə tikinti-insaat sahəsində aparır və beynəlxalq inşaat tenderlərində iştirak edir. xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən Belarusiya Respublikasında yerləşən "xxxx" LTD-nin hesabına xx.xx.2021-ci il tarixli müqavilə üzrə 23381,67 ABŞ dolları məbləğində pul göndərilməsinə səbəb Şəxs MMC-nin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. Belə ki, X5 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X9 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz (A380 Kunqrad- Daut-Ata hissəsi - 240 km), 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi olan Şəxs MMC 05 aprel 2021-ci il tarixdə həmin tenderin nəticələrinə görə Layihə üzrə Sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi (bundan sonra “Sifarişçi” adlanacaq) ilə üç lot (hissə) üzrə müvafiq Podrat Müqavilələrini (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Göründüyü kimi, Şəxs MMC tərəfindən 10 sentyabr 2021-ci il tarixdə 23381.67 ABŞ dolları məbləğinin xarici valyuta köçürməsi tam qanuni şəkildə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.4-1-ci bəndinə əsasən icra edilmişdir. Belə olan halda, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1-ci bəndinin tələblərini pozmadığından Şəxs MMC Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4558/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4558/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver