Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4564/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar “X6 Azerbaijan” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-5700/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 4871,18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 100 manat məbləğində mediasiya xərci “X6 Azerbaijan” MMC-nin xeyirinə tutulması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(113)-668/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən yaranmış 16815,11 manat əsas borc və 200 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Lakin "xxxx" MMC-nin direktoru Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-5700/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 4871,18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 100 manat məbləğində mediasiya xərci “X6 Azerbaijan” MMC-nin xeyirinə ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(113)-668/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən yaranmış 16815,11 manat əsas borc və 200 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar “X6 Azerbaijan” MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, o, borclu tərəfindən icra sənədinin tam icra edilməsini tələb edir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2(113)-5700/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 4871,18 manat əsas borc və 100 manat məbləğində mediasiya xərci “X6 Azerbaijan” MMC-nin xeyirinə tutulmalıdır. Lakin müvafiq qətnamənin qüvvəyə minməsindən bir neçə ay keçsə də, borclu heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsə və tələbkar "xxxx" MMC-yə bildiriş göndərilsə də, vəzifəli şəxs Şəxs və MMC-nin nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-5700/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 4871,18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 100 manat məbləğində mediasiya xərci “X6 Azerbaijan” MMC-nin xeyirinə ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(113)-668/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən yaranmış 16815,11 manat əsas borc və 200 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)- 5700/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(113)- 668/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus “X7” ASC-də olan bank hesabları üzərinə 5319,16 manat həcmində həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus hesablara həmin bank tərəfindən 20 feval 2023-cü il tarixdə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-5700/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-nin hesablarına həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMCnin direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-5700/2022 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(113)-668/2023 saylı icra sənədlərinin icrasını tam təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4564/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4564/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver