Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-457/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X5 nümayəndəsi X4 iştirakı ilə, X6 X9 Bakı Regional Bölməsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokolunun və onun əsasında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikasının X5 xx.xx.2023-cü il tarixli YPK/0895-23 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən ünvan 1 ünvanında yerləşən “VİVA” şirniyyat mağazasında yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı müəyyən qanun pozuntuları aşkar olunmuş və protokol tərtib edilmişdir. Protokola uyğun olaraq məhsulların qablaşdırılmasında istifadə olunan paketlərin qeydiyyatı mövcud deyildir, həmçinin gündəlik hazırlanan şirniyyatlarda (bulka, qoğal və s) etiketlənmə həyata keçirilməmişdir. 27 dekabr 2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Maddədə qeyd edilmiş standartlar “Qida təhlükəsizliyi haqqında’’ Azərbaycan Respublikası qanununun 17-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, tərəflərindən gündəlik olaraq müxtəlif şirniyyat məhsulları hazırlanır və müştərilərə təqdim olunur (şəkil əlavə edilmişdir). Bu zaman hər bir məhsulun qarşısında onun tərkibi, adı və s. haqqında ümumi məlumat olur. Həmçinin, həmin məhsulların heç biri ayrılıqda paketdə olmur və yalnız müştərinin seçimi ilə piştaxtadan seçilərək ona təqdim edilir. Əlavə olaraq, hazırlanan tortlar və əlavə bir neçə şirniyyat növlərinin qablaşdırılmasında paketlərdən istifadə olunur ki, həmin paketlər alqı-satqı əsasında əldə edilir və tərəflərindən təqdim edilməsi üçün qarşı tərəfə sorğu göndərilir, bu da öz növbəsində müəyyən qədər vaxt alır. Tərəflərindən həmin sənədlər inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması üçün nümayəndə iştirak edərkən təqdim ediləcəkdi, lakin əfsuslar olsun ki, Agentlik göndərilən sənədlərin içərisində həmin bildirişi təqdim etməmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin hüquqları pozulmuşdur. Baxmayaraq ki, Qərar xx.xx.2023-cü ildə qəbul edilmişdir, işin icraçısı təkidlə Qərarın təqdim edildiyini bildirmişdir. Yalnız tərəflərindən xx.xx.2024-cü ildə yazılı sorğu ilə müraciət edildikdən sonra sənədlərin əsli deyil, nüsxəsi təqdim edilmişdir. Diqqətdə saxlamaq lazımdır ki, bu yoxlama növbədənkənar olaraq həyata keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama, həmin Qanunun sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə, bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda, sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə aparılır. Yoxlayıcı orqan zəhərlənmə hadisəsinin baş verdiyini və şikayət daxil olduğunu iddia etsə də, bununla bağlı hansısa təsdiqedici sənəd təqdim edə bilməmişdir. Ona görə də hesab edilir ki, Cəmiyyətin vəzifəli şəxsi barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi mövcud vəziyyətə görə qanunsuz və əsassızdır. Əlavə olaraq, Azərbaycan Respublikasının X9 Bakı Regional Bölməsi tərəfindən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, şəxs protokola əlavə və qeydlər bildirmək hüququndan məhrum olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X3 məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi X8 növbədənkənar yoxlamanın vətəndaşın müraciəti əsasında aparıldığını bildirərək 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq, şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan X9 Bakı Regional Bölməsinin 27 dekabr 2023-cü il tarixli “yoxlamanın nəticələri üzrə” qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən “Viva” adlı şirniyyat mağazasında aparılmış yoxlama zamanı satışa təqdim edilən müxtəlif növ bulkaların üzərində istehsal, son istifadə tarixləri göstərilməmiş, həmçinin bulkaların qablaşdırıldığı materialların istehsalçısı barəsində məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, X10 İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Yeyinti X12 5-ci maddəsinə əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra standartlar və tələblər) vasitəsi ilə həyata keçirilir. Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Qida təhlükəsizliyi haqqında Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarının 7.1-ci maddəsinə əsasən alıcıya qida məhsullarının adı, növü, qida və enerji dəyəri, tərkibi, miqdarı (çəkisi), keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. İstehsal tarixi ilə yararlılıq müddətləri eyni yerdə göstərilməlidir. Həmin Qərarın 7.2-ci maddəsinə əsasən məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 133.2.8-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X2 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri və fotoşəkilləri araşdırıb hesab edir ki, X10 İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, əsaslı və qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 Bakı Regional Bölməsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. X9 Bakı Regional Bölməsinin 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-457/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-457/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver