Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4575/2020 17.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, tələbkar X1 iştirakı ilə xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olmaqla Mehdiabad qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2(107)-476/2019 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-155/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş, cavabdeh Şəxs adına qeydə alınmış, dəyəri 24.000 manat olan 2013-cü il buraxılışlı “KİA” Sportage markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 12.000 manat cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi, iş üzrə keçirilmiş-ekspertiza tədqiqatını dəyəri olan 120 manatın cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsi ilə, ekspertiza xərci olan 100 manatın cavabdeh Şəxs tutularaq “Test Group’’ MMC-nin "xxxx“ASC-nin Mingəçevir filalına olan hesabına köçürülməsi qət edilmişdir. Lakin Şəxs borcunu tam şəkildə ödəməmiş, nəticədə üzərinə düşən öhdəlikləri heç bir üzrsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 12000 borcun ödənilməsi məqsədilə borclunun əmək haqqına tutma yönəldilmiş, lakin əmək haqqının 70 faizi alimentin ödənilməsinə yönəldiyindən borcla bağlı hər hansı məbləğ əmək haqqından tutula bilməmişdir. Bugünədək borc qalmaqda davam edir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən 12000 manat məbləğində pul ondan tutularaq X2 ödənilməlidir. O, borcu hissə-hissə ödəməyə hazırdır. Lakin tələbkar borcun tam şəkildə ödənilməsini istəyir. İcra vərəqəsi ilə ona qoyulan öhdəliklərdən boyun qaçırmadığını, pulu maddi imkanı səbəbindən ödəyə bilmədiyini nəzərə alaraq barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 bildirmişdir ki, Şəxs ona olan 12000 manat borcunu bugünədək ödəməmişdir. O, öz haqqının tələb edir. Göstərilənlərə əsasən borcun ödənilməsini, əks təqdirdə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-476/2019 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-155/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş, cavabdeh Şəxs adına qeydə alınmış, dəyəri 24.000 manat olan 2013-cü il buraxılışlı “KİA” Sportage markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 12.000 manat cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi, iş üzrə keçirilmiş-ekspertiza tədqiqatını dəyəri olan 120 manatın cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsi ilə, ekspertiza xərci olan 100 manat cavabdeh Şəxs tutularaq “Test Group’’ MMC-nin "xxxx“ASC-nin Mingəçevir filalına olan hesabına köçürülməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 476/2019 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(006)-246/2020 saylı qərardadının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə Nəsimi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-476/2019 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi vaxtdan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Məntəqəsinə həvalə edilsin. Qərar surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4575/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4575/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver