Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4576/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə X2 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC barəsində tərtib edilmiş Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarla X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 1900 manat miqdarında cərimə edilmişdir. İnzibati qərardan şikayət müddətin ötürülməsi ilə verilmiş və müddətin ötürülməsinin üzürlü sayılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayəti geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4576/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4576/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver