Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-459/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3, Şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 2023-cü ilin sentyabr ayının sonlarında X1 məxsus ünvan 1 ünvanda yerləşən obyekti icarəyə götürmüşdür. Həmin obyekti icarəyə götürdükdən sonra gözəllik salonu kimi işlədilməsi üçün müxtəlif şəxsləri axtararaq obyekti hissə-hissə icarəyə verərək qazanc əldə etmək məqsədi olmuşdur. Həmin obyekti o, gözəllik salonu kimi işlətməmişdir, həmin salonun gözəllik salonu kimi işlədilməsi üçün peşə vərdişi belə yoxdur. Lakin bərbər saç ustaları kimi olan şəxsləri axtararaq həmin salona cəlb olunması obyektdə olan stulları icarəyə verərək əldə etdiyi vəsaitlə obyekti icarəyə verən şəxsə ödəmək idi. Hətta icarəyə götürdüyü obyekti icarə pulunun ödənilməsi üçün icarəyə verəndən möhlət də istəmişdir. 18 oktyabr 2023-cü ilin Dövlət Vergi Xidmətin əməkdaşları icarəyə götürdüyü obyektə gələrək obyektin mülkiyyətçisi ilə maraqlanmadan orada olan işçilərin guya ona məxsus olması, onların VÖEN olub-olmaması ilə maraqlanmadan, onu dəvət etmədən otaqda olan lazer epilyasiyası aparatının kimə məxsus olub-olmaması araşdırılmadan, həmin aparatının işlədən X4 otağın icarəyə götürüb-götürülməməsi araşdırılmadan və lazer epilyasiya aparatını işlədən şəxsi onun işçisi kimi göstərilərək ona məlumat verilmədən barəsində inzibati protokol və inzibati qərar qəbul edilməsi üçün sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə barəsində sənədlər göndərilərkən, Səhiyyə Naziri müavini tərəfindən tərtib edilmiş inzibati protokol və inzibati qərar ona rəsmi qaydada təqdim edilməmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin müddəalarının tətbiqi barədə heç bir məlumat verilməmiş, inzibati protokol tərtib edilərkən ona hüquq və vəzifələrini izah belə edilməmişdir. Onun inzibati protokol tərtib olunarkən izah və mülahizələri qeydə alınmamış, hətta inzibati protokol onun rəsmi qaydada göndərilməmişdir ki, həmin inzibati protokolla razılaşmadığı halda vəsatəti belə soruşulmadan barəsində qərəzli olaraq birbaşa inzibati qərar verilmişdir. Qeyd etdiyi kimi nə inzibati protokol, nə də inzibati qərar onun ünvanına göndərilməmişdir. Həmin inzibati qərarın mövcudluğu barədə Binəqədi rayon İcra Şöbəsində cərimə ödənişi ilə dəvət edildikdə məlumatı olmuşdur. Həmin inzibati qərarın və icraata başlama haqqında qərarın surətlərini rəsmi qaydada 16 yanvar 2024-cü il tarixdə almışdır (həmin sənədlər şikayətinə əlavə olunur). Barəsində tərtib edilmiş inzibati qərarla razı deyil. Belə ki, lazer epilyasiya xidmətini həyata keçirən X6 olmuş, həmin aparat ona məxsus olmuş, Gulnara Murat otağı icarəyə götürməklə ora lazer aparatını da özü gətirmiş, müştərisi olanda zəng əsasında gəlirdi. Gulnara Murat onun işçisi olmayıb, lazer epilyasiya aparatı da ona aid deyildir. X9 işçisi olmaması barədə izahatı da mövcuddur. Lakin Səhiyyə Nazirliyi barəsində inzibati protokol və inzibati qərar tərtib edərkən bu halları araşdırmadan formal olaraq onun VÖEN olmasına nəzərən vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 210.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək 5000 manat cərimə etmişdir. Barəsində apaşdırma aparılmadan, izahatı alınmadan, rəsmi ona məlumat verilmədən barəsində tərtib edilmiş inzibati qərarla razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X7, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən “LİGHT BEATY” salonda operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla müəyyən edilmişdir ki, X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən “LİGHT BEATY” salonda operativ vergi nəzarətinin keçirilməsi barədə məlumatlar reyestrə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********437700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubundan görünür ki, X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən “LİGHT BEATY” salonda operativ vergi nəzarəti tədbiri keçirilmiş və fərdi sahibkarın xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanında fəaliyyət göstərən “Light Beaty” salonunda xx.xx.2023-cü il tarixində DVX-nin KSİBİ-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı X2 lisenziya olmadan kosmetoloji iş (lazer epilyasiyası) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 210.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən “LİGHT BEATY” salonda xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyi nəzərə almaqla belə qənaətə gəlir ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqdan ibarət inzibati xəta vəzifəli şəxs kimi X2 inzibati xətaya yol verməmək, onun qarşısının almaq, tabeliyindəki işçilərin fəaliyyətinə nəzarət etmək kimi öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində törədilmişdir ki, bu da onun vəzifəli şəxs kimi təqsirliliyinə dəlalət edir. Məhkəmə, belə qənaətə gələrkən M.Həsənovanın ünvan 5 ünvanında yerləşən “Light Beaty” salonunda VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməsini, həmin salonda fəaliyyət göstərən digər şəxslərə münasibətdə inzibati və sərəncamverici funksiyaları icra etməsini nəzərə alır. Belə olan halda, M.Həsənova vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə qanunvericiliyin tələblərinə yerinə yetirilməsinə nəzarət etmək və inzibati xətanın qarşısını almaq üçün zəruri tədbirləri görməyə borclu idi. Bundan başqa, şikayət vermiş şəxsin şikayətində göstərdiyi “lazer epilyasiyası fəaliyyətinin lisenziyalaşdırılmaması” barədə xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” Siyahısının 2.13.2-ci bəndində nəzərdə tutulmuş “kosmetoloji” xidmətlərə aiddir. Belə ki, Azərbaycan Milli Ensiklopediyasında göstərilir ki, epilyasiya (fr. épiler – tükü kənar etmək) – tükün kosmetik vә ya müalicә mәqsәdilә kənar edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar İbadzadә
Məhkəmə qərarları › İş №3(006)-459/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-459/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver