Məhkəmə qərarları › İş №3(006)-4590/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4590/2020

29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4590/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1965-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 6A, mənzil 33-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:48 radələrində idarə etdiyi “DAEWOO” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı, 67 saylı avtobus ilə Nəsimi rayonu, M.Cəfər küçəsində olarkən “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin tələblərini pozaraq onun arxa qapısını bağlayan zaman dayanacaqda həmin anda avtobusa minməyə çalışan Zərərçəkmiş şəxs Yaşar oğlu qapısına dəyərək yıxılması nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin xx.xx.2020-ci il tarixli qərarın əsasən Zərərçəkmiş şəxs Yaşar oğlunun şikayəti nəticəsində toplanmış material ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin təhqiqatçısı Elşad Vəliyevin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 3 aydır “xxxx” MMC-də 67 saylı xətt marşurutunda sürücü işləyir. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən dayanacaqda avtobusu saxlamış, sərişinlər ön qapıdan daxil olub kartla ödəniş edərək yerlərinə əyləşmiş, eyni zamanda da arxa qapını açaraq digər sərnişinlərin düşməsini gözləmişdir. Sonuncu sərnişin düşdükdən sonra arxa qapını bağlamaq istəyərkən bir nəfər şəxs sərxoş halda avtobusa daxil olmağa çalışdığından qapıya dəyib yerə yıxılmışdır. Lakin o bu sərnişinin avtobusa minmək istədiyini arxa qapıdan daxil olduğu üçün görməmiş, yalnız çöldən bir nəfər bu barədə xəbərdarlıq etdikdən sonra məlumatı olmuşdur. Həmin sərnişin ayağa qalxıb avtobusa daxil oldu və onu təhqir etməyə başladı. Buna baxmyaraq o, heç nə deməmiş, digər sərnişinlər yıxılan şəxsə yol boyu arxa qapıdan avtobusa daxil olmağın qadağan olduğunu izah etməyə çalışsalar da, buna əhəmiyyət verməmişdir. O, hər zaman sonuncu sərnişin arxa qapıdan düşdükdən sonra oranı bağlayır və avtobusa minmək istəyən sərnişinlər isə içəriyə ön qapıdan daxil olur, bu qayda həmişə belədir. Ona görə də o, sərnişinin arxa qapıdan daxil olduğunu görməmiş, bunu sonradan bilmişdir. Əgər bilsəydi, arxa qapını bağlamazdı. Yolda olduqları müddətdə avtobusda yıxılan sərnişinlə arasında mübahisə olmamış, onda hər hansı xəsarətin olduğunu görməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 843 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Yaşar oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt dodağın içəri səthinin əzilmiş yarası, sağ diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə bütün hallar ətarflı araşdırılmadığından, barəsində icraat aparılan şəxs izahatında heç bir təqsiri olmadığını bildirsə də, buna əhəmiyyət verilməyərək hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmadığından, ekspert rəyi ilə kifayətlənildiyindən inzibati xəta haqqında protokolda qeyd olunanları işə baxarkən tamamlamaq mümkün olmadığı üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar