Məhkəmə qərarları › İş №3(006)-4595/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4595/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4595/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi protokolu tərtib etmiş şəxs: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X8 nümayəndəsi X3 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 183; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də sanitariya-gigiyena və epidemiya əleyhinə rejimin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X8 nümayəndəsi X6 izahat verərək bildirdi ki, Tahir Məcidov və digərlərinin kollektiv şikayəti əsasında xx.xx.2022-ci il tarixdə Mərkəzin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də sanitariya-gigiyena və epidemiya əleyhinə rejiminin tələblərinə riayət olunması ilə əlaqədar plandankənar müayinə aparılmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, MMC “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”inə əməl etməmişdir. Belə ki, tibb müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş 11 avqust 2022-ci il tarixli müqavilədə göstərilmişdir ki, vətəndaş X7 "xxxx" MMC-nin təsisçisi X2 ilə bağlanmış müqavilə əsasında yuxarıda göstərilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının yarımzirzəmisinin İ, İİ, İİİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi icarəyə vermiş, lakin müqavilədə zirzəminin icarəyə verilmiş sahəsi göstərilməmişdir. Həmçinin zirzəminin icarəyə verilmiş hissəsinə dair çıxarış yoxlama zamanı təqdim edilməmişdir. Zirzəminin digər hissəsində ayrılmış sahəsində müəssisənin təsnifat-xidmət otaqları, müayinə laboratoriya çamaşırxana yerləşdirilmişdir. Zirzəminin digər hissəsi yaşayış binasının ümumi istifadəsində olmuş, burada şəxsi avtomobillərin dayanacağı, elektrik səbət qurğuları və digər mühəndis xətləri istifadə olunur. Tibb müəssisəsi zirzəmi sahəsində bərk məişət tullantılarının toplanması üçün konteyner yerləşdirmiş və tibbi tullantılarının toplanıb müvəqqəti saxlaması üçün təqribən 02 kv.m olan bağlı otaqdan istifadə edilir. Bundan başqa, burada tibb müəssisəsinə məxsus oksigen balonları, ayrıca toplanmış bərk məişət tullantıları var idi. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələbləri pozulmuşdur. Tibb müəssisəsində mövcud havalandırma sisteminə aid olan sorucu-vurucu qurğular, elektrik generator zirzəminin sahəsindən kənarda, binanın dar hissəsində (küçədə) yerləşdirilmişdir. Həmçinin, müəssisədə tibbi tullantıların icra edilməsinə dair tələblərə tam əməl olunmamış, müayinə və müalicə kabinetlərində çalışan orta tibb işçiləri tibbi tullantıların toplanması, zərərsizləşdirilməsi və kənarlaşdırılması qaydaları ilə tam məlumatlı olmamışlar. Tibbi tullantıların toplanıb müvəqqəti saxlanması üçün zirzəmi sahəsində ayrılmış kiçik otaq sanitariya tələblərinə uyğun olaraq yerləşdirilib qurulmamış, müvafiq həcmli konteynerlərlə təchiz edilməmiş və otağın sanitariya gigiyenik vəziyyəti qeyri-qənaət bəxş olmuşdur. Aşkar edilmiş pozuntular barədə akt tərtib edilmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan "xxxx" MMC-yə bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması halı tam sübuta yetirilir. Buna görə də hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsi təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə məsuliyyət müəyyən edir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü hissəsinə görə bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”inə görə: - A sinifindən olan irihəcmli tullantılar onlar üçün nəzərdə tutulmuş xüsusi bunkerlərə yığılır (4.2.3-cü bənd); - Təyin olunmuş yerlərdə hermetikləşdirilmiş birdəfəlik tutumlar B sinfinə aid tullantıların yığılması üçün nəzərdə tutulmuş konteynerlərə yığılır (4.3.8-ci bənd); - C sinfinə aid bütün tullantıların tibb bölməsindən kənara daşınması yalnız hermetik qablaşdırılmış birdəfəlik bağlamalarda həyata keçirilir (4.4.6-cı bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar