Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-461/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi X9 Şöbəsinin nümayəndəsi X2, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 iştirakları ilə, xx xxx 1990-cı ildə Naxçıvan MR, Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 27 yanvar 2025-ci il tarixdə saat 06:08 radələrində Nəsimi rayonu, Füzuli küçəsi, 28 May və R.Behbudov küçələrinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 izahat verərək göstərdi ki, yol-patrul xidməti əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 06:08 radələrində Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində Şəxs avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlamış və həmin vaxt sonuncunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs avtomobilini duracağa təmin etməsi və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müvafiq orqana getməsi təklif olunsa da, sonuncu polisin qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra əraziyə post-patrul xidmətinin əməkdaşları gələrək Şəxs polis şöbəsinə aparılmasını təmin etmişlər. Polis şöbəsində Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:08 radələrində Nəsimi rayonu 28 May və R.Behbudov küçələrinin kəsişməsində yol-patrul polis əməkdaşları ona idarə etdiyi avtomobili saxlamasını əmr etmişlər, o da həmin vaxt özünü pis hiss etdiyindən avtomobili parkinq yerinə apararaq orada saxlamış və avtomobildə uzanmışdır. Bundan sonra yol-patrul polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, sərxoş vəziyyətdə olmasına şübhələr olduğunu bildirərək müvafiq rəyin alınması üçün onlarla birlikdə getmələrini tələb etmişlər. O isə buna etiraz edərək heç bir yerə getməyəcəyini bildirmişdir. Bundan sonra əraziyə post-patrul polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. İzahatının sonunda səhv etdiyini, törətdiyi əməldən peşman olduğunu və himayəsində azyaşlı uşağının olduğunu bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X9 Şöbəsinin baş inspektoru X1 izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində xidməti vəzifələrini yerinə yetirərəkən Nəsimi rayonu, 28 May və R.Behbudov küçələrinin kəsişməsində sonradan şəxsiyyəti ona məlum olan Şəxs avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlamış və həmin vaxt sonuncunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs avtomobilini duracağa təmin etməsi və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müvafiq orqana getməsi təklif olunsa da, sonuncu nalayiq ifadələr işlədərək polisin qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra əraziyə post-patrul polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə aparılmasını təmin etmişlər. Polis şöbəsində Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə, saat 09:10 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən, saat 09:10dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-461/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-461/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver