Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-463/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi – X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayət onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki psixoloji xəstəliklərdən əziyyət çəkən oğlu Məmmədov Azim ilə aralarında yaranmış mübahisəyə görə xx.xx.2024cü ildə DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan öncədə bu barədə dəfələrlə polis orqanlarına məlumat verməyinə baxmayaraq, təəssüf ki 19-cu PŞ-nin əməkdaşları tərəfindən qanuna uyğun heç bir tədbir görülməmiş və problemli ailə kimi də profilaktik tədbirlər həyata keçirilməmişdir. Hətta həmin dövrdə 19-cu PŞ-nin rəisini əvəz edən polis polkovnik-leytenantı Atik Cəlilzadənin qəbulunda olmuş və onada şikayətini bildirmişdir. Bu yaxınlarda əldə etdiyi məlumata əsasən, xx.xx.2024-cü ildə DİN-nin 102 xidmətinə zəng etməyi ilə əlaqədar Nəsimi RPİ-nin 19-cu PŞ-nın baş təhqiqatçısı polis mayoru Elxan Qasımov araşdırma üçün heç bir prosessual fəaliyyət görmədən, yəni şikayət edilən şəxsi, hadisə üzrə şahidi dəvət etmədən, izahatlar alınmadan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul etmiş və bu qərarıda rəsmi surətdə ona təqdim etməmişdir. Təhqiqatçı qanunsuz və əsassız qərarında, onun İXM-nin 564-cü maddəsinə əsasən inzibati xəta törətdiyini də qeyd etmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ-nın baş təhqiqatçısı polis mayoru Elxan Qasımovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə onun tərəfindən şikayət verilmişdir. İnzibati tənbeh vermə haqqında 22 oktyabr 2024-ci il tarixli, ******* saylı qərar qəbul edilərkən İXM-nin 61, 109, 111, 112, 117 və digər normalarının tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 117-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin hal-hazırki vaxta qədər 22 oktyabr 2024-ci il tarixli, ******* saylı qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 İXM-in 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-463/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-463/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver