Məhkəmə qərarları › İş №3(006)-4640/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4640/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4640/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Bakı şəhər X4 İdarəsinin EQ 21206055 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin EQ 21206055 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Prezidenti tərəfindən ona təqdim edilmiş xidməti avtomobilinin üzərində olan qanunsuz və uzun illər qəbul edilməyən qərarsız cərimələrin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-5240/2024 saylı qərardadı ilə şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verdiyini, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatətin daxil olmamasını nəzərə alaraq, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayəti baxılması üçün Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə göndərmişdir. Şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, X2 şikayət ərizəsində yaşadığı ünvanının Bakı şəhəri Xətai rayonu 8 Noyabr 139 C olduğunu göstərmiş və ərizəsinin əsaslandırıcı hissəsində qeyd olunan ünvanda yaşadığını və yaşayış yerinin Xətai rayonu olduğu üçün inzibati tənbehvermə haqqında qərardan şikayətə də Xətai rayon Məhkəmsində baxılmasını xahiş etmişdir. X2 inzibati tənbehvermə haqqında qərardan şikatətə Xətai rayon Məhkəmsində baxılmasına dair ayrıca vəsatət verməsə də, şikayət ərizəsində öz iradə ifadəsini bildirmişdir. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə ərizəçinin vəsatəti üzrə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: X1 Bakı şəhər X4 İdarəsinin EQ 21206055 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar