Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4643/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, tanışı olan Nigar adlı şəxs o, evdə olarkən mobil nömrəsinə zəng edərək ona qarşı müxtəlif təhqiredici ifadələr işlətmişdir. O, həmin təhqirlərə dözməyərək cavab olaraq telefon vasitəsi ilə danışıq əsnasında onu təhqir etmiş, Nigar onu təhqiredici ifadələri işlətməyə təhrik etmiş və bundan sui-istifadə edərək mobi telefonla olan danışıqları proqram təminatı vasitəsi ilə audio yazıyla qeyd etmişdir. Nigar onu təhqir etdikdən sonra mobil telefonun audio yazısına səsin yazılmasına başlamışdır. Sonra mobil Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmiş, sahə rəisi X3 icraatına verilmiş, E.R.Babayev ona bu hərədə məlumat vermədən, bildiriş göndərmədən, telefonla əlaqə saxlamadan Nigar adlı şəxsin səs yazması əsasında əməlində inzibati xətanın olduğu qənaətinə gələrək inzibati xəta haqqında protokolu tərtib etmiş və inzibati xəta verilməsi barədə qərar vermişdir. Nəticədə onun müəllimə kimi nüfuzuna ciddi xələl gətirib. Pedoqoji kollektiv arasında onu gözdən salmaq, işgüzar nüfuzunu qaralamaq, karyeramı korlamaq istiqamətində əməlli hərəkətlər etmişdir. Hesab edir ki, sahə rəisi E.R.Babayev hadisəyə düzgün qiymət verməyib və səhv nəticəyə gələrək əməlimdə xuliqanlıq inzibati tərkibi olduğunu qərarına gəlib. Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi E.R.Babayev hadisəyə düzgün qiymət verməmiş və səhv nəticəyə gələrək əməlində xuliqanlıq inzibati tərkibi olduğunu qərarına gəlib. Qərarın sürətini xx.xx.2022-ci ildə almışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi E.Babayev adı çəkilən maddənin əlamətlərinə uyğıın olmadığı halda onu tədbiq etməklə qanun pozuntusuna yol vermiş olubdur. Bu da işin səhlənkarlıqla, başdansovma aparılmasını və nəticədə qanunsuz olaraq inzibati xətanın tədbiqi barədə qərar qəbul olunmasını göstərir. Bütün bunlarda son nəticədə onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.C.Cabbarova şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin 19-cu PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.C.Cabbarova həmin tarixdə, saat 09:53-də ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermiş və nəticədə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, S.C.Cabbarova Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.C.Cabbarova barəsində xx.xx.2022-ci il tarixdə, saat 09:53-də Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyən edilmişdir ki, S.C.Cabbarovanın barəsində qərar qəbul edilərkən o, PŞ-nə dəvət edilməmiş, hadisə ilə bağlı ondan izahat alınmamış, hadisənin kim tərəfindən törədilməsi müəyyən edilməmiş, tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, sadəcə şikayət əsasında təqsirli bilinmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, S.C.Cabbarovanın barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* saylı protokol əsasında qəbul edimiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun iştirakı təmin edilmədən, onu hüquqları və vəzifələri izah edilmədən birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, S.C.Cabbarovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda S.C.Cabbarovanın əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, onun şikayəti təmin edilməli, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar, hadisənin kimin təqsiri ucbatından baş verməsi tam araşdırılmamış, kamera görüntülərinə baxış keçirilməmiş və S.C.Cabbarovanın barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi S.C.Cabbarovanın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin olunsun. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4643/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4643/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver