Məhkəmə qərarları › İş №3(006)-4655/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4655/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4655/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Protokolu tərtib etmiş orqanın Azərbaycan Respublikası Əmək və nümayəndəsi: Sosial Müdafiəsi Nəzirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 21, mənzil 15; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən Quba rayonu, Qəçrəş yolu yaşayış massivində aparılan tikinti işləri zamanı 05 nəfər şəxs - X8, X18, X19, X23 və X24 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nəzirliyi yanında X22 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X20 izahatında bildirdi ki, idarəyə daxil olmuş Quba Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda Şəxs MMC-nin rəhbəri Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tədbirlərin görülməsi xahiş olunmuşdur. Polis şöbəsi tərəfindən təqdim edilmiş materiallara əsasən xx.xx.2023-cü il tarixdə Quba rayonu, Qəçrəş yolu yaşayış massivində X18 ilə X19 arasında yaranmış mübahisə ilə əlaqədar araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, bu qərarda o da göstərilmişdir ki, Şəxs MMC-nin direktoru Nümayəndə rəhbərlik etdiyi şirkət təxminən 4 ay əvvəl Quba rayonu, Qəçrəş yolu yaşayış massivində yeni lahiyə həyata keçirmiş, Nümayəndə həmin lahiyənin icrası zamanı X3, X9, X10, X15 və X16 işə götürərək onlarla əmək müqaviləsi bağlamamışdır. Bununla bağlı idarədə araşdırma aparılmış, müvafiq elektron infrmasiya sisteminə baxış keçirilmiş, qeyd olunan şəxslərin izahatları öyrənilmiş və aşkar edilmiş faktda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğudan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirkətin məsuliyyətə cəlb olunmasını xahiş edir. İş üzrə təyin olunmuş iki məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılması üzrə görülmüş tədbirlərə, həmçinin telefon zənglərinin edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Şəxs MMC-nin direktoru Nümayəndə izahatına əsasən o, 1 ildir ki, Şəxs MMC-ni yaradıb. Şirkət prefabrik layihələrinin icrasını həyata keçirir. Təxminən 4 ay əvvəl Quba rayonu Qəçrəş yolu yaşayış massivində layihə götürmüşdür. Həmin layihənin icrası zamanı X3, X9, X10, X15 və X16 işə götürmüşdür.Onların əmək haqqısını Rəşadın vasitəsi ilə vermişdir. Adları qeyd olunan şəxslərin heç biri ilə əmək müqaviləsi bağlamamışdır. Onlar qeyri-rəsmi işləyirlər. Rəhbəri olduğu Şəxs MMC Bakı şəhəri, Ziya Bünyadov 3105 ünvanında yerləşir. Hər bir işçiyə vaxtında əmək haqqlarını vermişdir. Onun heç bir işçiyə borcu qalmamışdır; • X2 izahatına əsasən o, təxminən 03 aydır X5 müdiri olduğu tikinti şirkətində fəhlə kimi işləyir. Onu işə həmin şirkətdə işləyən X24 və X21 götürmüşdür. Ona aylıq 600 manat əmək haqqı verilməli idi. Əmək haqqını ona Qoşqar və Nəbi verib. İşlədiyi ilk 02 ayın əmək haqqısını almışdır. 3-cü ayın əmək haqqından isə ona cəmi 200 manat pul verilmişdir. Onların ona 400 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 21 radələrində pulunu istəmək üçün Qoşqar və Nəbinin yanına getmişdir. Onlar Orxanın köməkçisi X11 zəng edib onun pulunu verməsini demişdilər. Rəşad şirkətdə layihə rəhbəridir. Orxan, Rəşad, Orxanın köməkçisi X23 üçü bir yerdə Quba rayonu Qəçrəş yolu yaşayış massivində həyətyanı evdə kirayədə qalırlar. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində o, Qoşqar və Namiq Orxangilin qaldığı evə gəlmişlər. Həmin vaxt evdə onlardan əlavə Orxanın dayısı oğlu X12 da var idi. Nəbi Rəşada onun pulunun verilməli olduğunu dedi. Bu səbəbdən onların arasında mübahisə başladı; • X6 izahatına əsasən o, təxminən 02 aydır ki, Nümayəndə müdiri olduğu tikinti şirkətində usta kimi işləyir. Həmin şirkətə o X24 ilə birlikdə Orxana müraciət edərək iş istəmişlər. Gördükləri işin kvadrat metrinə uyğun olaraq Orxan onlara əmək haqqı verirdi. Həmin şirkətdə X19 ustaların üzərində nəzarətçi idi. X23 isə şirkətdə sürücü kimi işləyirdi. İşlədiyi müddət ərzində Orxan onunla heç bir əmək müqaviləsi bağlamamışdır; • X7 izahatına əsasən o, xx.xx.2023-cü il tarixdən Quba rayonunda Nümayəndə şirkətində qeyri-rəsmi şöbə rəisi kimi, 650 manat əmək haqqı alır. xx.xx.2023-cü il tarixdə təxminən 00:30 radələrində o, Orxan, Namiq və Natiq Quba rayonu, Qəçrəş yolu yaşayış massivində evdə olduqları zaman Qoşqar, Nəbi və Asiman evə gəlmişlər. İşlə bağlı Nəbi ilə onun arasında mübahisə yaranmışdır; • X13 izahatına əsasən o, xx.xx.2023-cü il tarixdən Nümayəndə müdiri olduğu Şəxs MMC-də köməkçi işləyir. Onu işə Orxan götürmüşdür. Orxan ona aylıq 800 manat əmək haqqı vermişdir. İşə başladığı gündən bu günə kimi onunla heç bir əmək müqaviləsi bağlamamışdır. xx.xx.2023-cü il tarixdə təxminən 22 radələrində Orxan və Rəşadla birlikdə qaldıqları Quba rayonu, Qəçrəş yolu yaşayış massivində evə gələrək yatmışdır. Təxminən saat 01 radələrində səs-küy eşidib yuxudan oyanmışdır. Həmin vaxt evdə Orxan, Rəşad, Natiq, Qoşqar, Asiman və Nəbi var idi. Onlar hamısı evin ikinci mərtəbəsində idilər. O, onların nə üçün mübahisə etdiklərini bilmir. Onlardan mübahisə etdiklərinin səbəbini soruşmamışdır; • X14 izahatına əsasən o,təxminən 03 aydır ki, Nümayəndə müdiri olduğu tikinti şirkətində usta kimi işləyir. Gördüyü işin kvadrat metrinə uyğun olaraq Orxan əmək haqqını verir. X8 onun onun əmisi oğludur. Onu həmin şirkətə işləməyə o düzəltmişdir. Lakin Asiman şirkətdə rəsmi işçi kimi qeydiyyatda deyildir. Təxminən 02 aydır ki, orada işləyir. Orxan Asimana aylıq 600 manat əmək haqqı vermişdir. Sonuncu ayın əmək haqqısından Asimana 200 manat pul verilmişdir. 400 manat isə ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, X18 ilə birlikdə Xucbala kəndində olduğu zaman Asiman Orxandan 400 manat pulunun verilməsini istəmişdir. Daha sonra onlar üçü Quba rayonu Qəçrəş yolu yaşayış massivinə gəlmişlər. Həmin vaxt evdə Orxan, Rəşad, Namiq və Natiq ilə işçilərin əmək haqlarının verilməsini müzakirə edərkən Nəbi, Orxan və Rəşad arasında mübahisə yaranmışdır. Orxan tikinti şirkətində işə başladıqlarıandan bu günə kimi nə onunla, nə də Asimanla əmək müqaviləsi bağlamamışdır; • “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Nümayəndə barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nəzirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir; • “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə Nümayəndə Şəxs MMC-də baş direktor vəzifəsində işləyir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən Quba rayonu Qəçrəş yolu yaşayış massivində aparılan tikinti işləri zamanı X8, X18, X19, X23 və X24 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bu məsələ X18 ilə X19 arasında yaranmış mübahisə ilə əlaqədar Quba Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı üzə çıxmış, həmin faktın araşdırılması üzrə zəruri materiallar aidiyyəti üzrə xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nəzirliyi yanında X22 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. Bu qurum tərəfindən aparılmış araşdırma zamanı da törədilmiş xəta tam olaraq aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “ON” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar