Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4666/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Murat Tekinin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı Filialına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşdiyi obyektdə 28 sentyabr 2023-cü il tarixdə aparılmış yoxlama zamanı İD**********, İD********** və İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan satılması aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Murat Tekin izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən keçirilmiş yoxlama nəticəsində akt tərtib olunmuş və həmin aktda qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan malların satılması aşkar edildiyi qeyd olunmuşdur. Bundan sonra, Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində 05 oktyabr 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin yoxlama vaxtı ona rüsumların ödəniləcəyi təqdirdə müəyyən güzəştlərin ediləcəyi bildirilsə də, sonradan onun maddi imkanı olmadığından rüsumları ödəyə bilməmiş və bundan sonra şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı Filialına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşdiyi obyektdə 28 sentyabr 2023-cü il tarixdə aparılmış yoxlama zamanı İD**********, İD********** və İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan satılması aşkar edilmişdir. Bundan sonra şirkətin rəhbəri Murat Tekindən izahat alınmış və müvafiq tədbirlərin görülməsi zərurəti bildirilmişdir. X5 tərəfindən hərəkətsizlik edilərək zəruri tədbir görülmədiyinə görə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, 05 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı Filialına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşdiyi obyektdə 28 sentyabr 2023-cü il tarixdə aparılmış yoxlama zamanı İD**********, İD********** və İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyalarının saxlandığı anbara baxış keçirilərkən məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan satılması aşkar edilmişdir. İş materiallarında olan aktdan görünür ki, İD**********, İD********** və İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD********** nömrəli idxal icarə sənədləri ilə idxal edilmiş müxtəlif çeşidli qida məhsulu partiyalarına anbarda baxış keçirilmişdir. Baxış zamanı müraciətlərdə qeyd olunan məhsul partiyalarının tam şəkildə onlarda olmadığı və müəyyən bir qisminin qida təhülkəsizliyi sertifikatı olmadan satışının həyata keçirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsnin Azərbaycan Respublikasındakı Filialının barəsində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxsnin Azərbaycan Respublikasındakı Filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxsnin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4666/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4666/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver