Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4667/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı Şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Neftçilər prospektində “Ağ şəhər” bulvarı ərazisində yerləşən yolüstü kofe satılan ərazidə heç bir yol hərəkət qaydalarını pozmadığına, avtomobildə olmamağına baxmayaraq kofe içdiyi zaman yol-patrul xidməti əməkdaşları səs gücləndirici ilə onun onlara yaxınlaşmasını tələb etmiş, o da yaxınlaşanda içkili vəziyyətdə avtomobil idarə etdiyini bildirmişlər. O isə onlara içkili olmadığını və sükan arxasında deyil, onu küçədə kofe içdiyi yerdən çağırıb içkili olmağını bildirməklərinin səhv olduğunu vurğulamışdır. Onlar isə onunla kobud davranaraq təzyiq etməyə başlamışlar. Heç bir alkoqol testi olmadan, sübut olmadan avtomobilini əlindən alıb cərimə meydançasına aparmışlar. Hadisənin səhəri günü o, X7nə yaxınlaşmış və ondan sürücülük vəsiqəsini istəmişlər ki, işi məhkəməyə göndərsinlər. O da qanunsuzluq edildiyini və məsələni hüquq müstəvəsində məhkəmədə baxılmasının qərarlı olduğunu bildirmişdir. Bundan sonra onun sürücülük vəsiqəsi alınaraq işin məhkəməyə göndəriləcəyi deyilmişdir. Lakin, bir neçə gündən sonra ona 400 manat məbləğində cərimə olunması barədə “sms” gəlmişdir. Məsələnin araşdırılması xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərdən əlavə olaraq bildirdi ki, hadisə günü yol-patrul xidməti əməkdaşları ona saxladıqdan sonra sərxoşluq halının müayinə olunması üçün onu tibb müəssisəsinə aparsalar da, o, sərxoş olmadığı üçün müayinədən imtina etmişdir. Çünki, o, sükan arxasında saxlanılmamışdır. Göstərilənlərə əsasən Bakı Şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı Şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin tarixdə, saat 00:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində idarə etdiyi “X6” markalı, **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; • xx.xx.2023-cü il tarixli, 2/19854 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na görə X3 müayinədən keçməkdən imtina etmişdir; • Bakı şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, “X6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2023-cü il tarixdə, saat 00:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, onun nəqliyyat vasitəsinin sərxoş halda idarə etməsində şübhələr yarandığı üçün o, tibbi müayinəyə aparılmış, lakin sonuncu müayinədən keçməkdən imtina etmişdir. Eyni zamanda, X3 bunu onunla əsaslandırmışdır ki, o, sərxoş olmadığı üçün belə hərəkətə yol vermişdir. Bununla belə, Bakı şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsinə görə məsuliyyəti müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi üzrə deyil, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, yəni həmin Məcəllənin 333.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi göstərilmişdir. Göründüyü kimi, qəbul edilmiş qərarda inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4667/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4667/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver