Məhkəmə qərarları › İş №3(006)-4680/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4680/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4680/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X27 İdarəsinin Yol nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X3, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində 2 azyaşlı olmaqla 4 uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində idarə etdiyi “Mercedes Benz 200” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən, “Chevrolet-Cruze” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, “X26” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşumuş, toqquşma nəticəsində “Chevrolet-Cruze” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 və “X26” markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 yüngül bədən xəsarəti yetirməsinə və sonunculara maddi zərər vurulmasına, “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 isə maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin Yol nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru R.A.Allahverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, hadisə nəticəsində iki nəfər şəxsə həm bədən xəsarəti, həm də maddi ziyan, digər üçüncü şəxsə isə maddi ziyan vurulmuşdur. Buna görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, hadisə baş verən zaman spirtli içki qəbul etdiyi üçün idarə etməni itirmişdir, hal-hazırda törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bundan başqa, o, ailəlidir, himayəsində 4 uşağı var, onlardan 2-si tələbədir, digər 2-si isə azyaşlıdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində idarə etdiyi “Mercedes Benz 200” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən, “Chevrolet-Cruze” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, “X26” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşumuş, toqquşma nəticəsində “Chevrolet-Cruze” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 və “X26” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 yüngül bədən xəsarəti yetirməsinə və sonunculara maddi zərər vurulmasına, “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 isə maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 2/16009 saylı aktdan görünür ki, Şəxs həmin tarixdə sərxoş olmuşdur (1,002 promilli). İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində şərh olunanlara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2023-ci il tarixli, 900 saylı rəyindən görünür ki, E.M.Məmmədlinin bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, burun, üst dodağ, sol baldır nahiyələrinin, sağ dirsək və sol diz oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaşın E.M.Məmmədlinin bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2023-ci il tarixli, 18 saylı rəyindən görünür ki, A.A.Süleymanovun bədənində aşkar olunmuş xəsarətlər – sol bazunun kəsilmə xarakterli yarası iti kənara malik əşyanın (ola bilsin ki, şüşə qırıntılarının) təsirindən, döş qəfəsinin sağ-yan səthinin, sol kürək nahiyəsinin, sol budun qançırları, sol bazunun sağ dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X21 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. A.A.Süleymanovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da özünə məxsus olan avtomobil ilə Nəsimi rayonu, R.Mməmmədov və A.Salamzadə küçələrini birləşdirən yol qovşağında hərəkət edərkən “Mercedes Benz 200” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və A.A.Süleymanova, E.M.Məmmədliyə maddi zərər və sağlamlığlarına yüngül bədən xəsarətləri yetirmiş, N.N.Qasımova isə maddi zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X2 atası Şəxs, anası isə X10r. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universiteti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, № 10242 saylı arayışın surətindən görünür ki, X4 İqtisadiyyat və idarəetmə İnstitutunun əyani şöbəsinin İqtisadiyyat ixtisası üzrə 1-ci kurs tələbəsidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində idarə etdiyi “Mercedes Benz 200” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən, “Chevrolet-Cruze” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, “X26” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşumuş, toqquşma nəticəsində “Chevrolet-Cruze” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 və “X26” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X1 yüngül bədən xəsarəti yetirməsinə və sonunculara maddi zərər vurulmasına, “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 isə maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs sərxoş halda avtomobili idarə etməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar