Məhkəmə qərarları › İş №3(006)-4685/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4685/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4685/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: X2 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 31A, mənzil 35-də qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi “X14” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə hərəkət edib Ə.Quliyev küçəsinin kəsişməsinə çatıb dayanmadan yolayrıcına daxil olaraq sağ tərəfdən Ə.Quliyev küçəsi ilə hərəkətdə olan, X5 idarə etdiyi “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə A.Bağırova yüngül dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə üzü “Qış parkı” istiqamətində hərəkət etmişdir. Həmin vaxt hərəkət etdiyi küçənin baş yol olduğunu zənn edib Ə.Quliyev küçəsinin kəsişməsində dayanmadan yolayrıcına daxil olaraq sağ tərəfdən Ə.Quliyev küçəsi ilə hərəkətdə olan “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində idarəetməni itirmiş və avtomobil yolun sol kənarında səkinin üzərinə çıxmışdır. Hadisə nəticəsində “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və onun yanında olan bir nəfər qadın sərnişin xəsarət almışdır. Onun tərəfindən vurulmuş zərər qarşılanmış, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə Ə.Quliyev küçəsinin kəsişməsində baş vermişdir. “X14” markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan yolayrıcına daxil olaraq sağ tərəfdən hərəkətdə olan “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 999 saylı rəyinə əsasən X5 bədənində aşkar edilmiş xəsarət – sağ əlin İ daraq sümüyü proyeksiyasının və İ barmağının yumşaq toxumalarının İ barmaqda hərəkət məhdudluğu ilə müşayiət olunan hematoma halında əzilməsi, sağ bazunun, sol saidin sıyrıqları, sol bazunun, sol saidin, sağ əlin İİ barmağının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 13.12.2017-ci il tarixli, AF seriyalı, 014079 saylı sürücülük vəsiqəsinə əsasən X4 «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • BA 266191 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X14” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 məxsusdur və bu avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün X3 verilmişdir; • X5 xx.xx.2023-cü il tarixli ərizəsindən aydın olur ki, onun X3 qarşı şikayəti yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X2 zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. A.Sarıyevin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən X2 şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, ona həmin vaxt qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar