Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-47/2024 07.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, "xxxx" MMC-nin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Buna səbəb "xxxx" MMC-nin sabiq işçisi X3 cəmiyyət tərəfindən onun qanunsuz olaraq işdən azad edilməsi (öz ərizəsi olmadan) və ona son haqq-hesabın verilməməsi ilə əlaqədar X8 Xidmətinin Bakı şəhəri İdarəsinə etdiyi müraciəti olmuşdur. Belə ki, X7 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cəmiyyətdə yaranmış bir sıra problemlərlə bağlı bir neçə işçinin işdən çıxarılması zərurəti yaranmış və bununla bağlı bəzi işçilərlə razılığa gəlinmişdir. Lakin texniki səbəblərdən cəmiyyətin sabiq əməkdaşı X5 düşən bütün ödənclər, son haqq-hesab vaxtında təqdim edilə bilinməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin direktoru kimi o, məsuliyyətə cəlb edilmişdir. Halbuki, həmin pozuntuların aradan qaldırılması üçün lazımi tədbirlər dərhal görülmüş, nöqsan aradan qaldırılmış, X5 düşən bütün ödənclər, son haqqhesab tam məbləğdə verilmişdir. Bu səbəbdən də X8 Xidmətinin Bakı şəhər İdarəsinin sözügedən qərarı əsaslı olsa belə, "xxxx" MMC-nin direktoru kimi onun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1.000 manat məbləğində cərimə edilməsi ilə razı deyil. X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru kimi onun barəsində məhz hansı səbəbdən 1.000 manat məbləğində cərimənin tətbiq edilməsi əsaslandırılmamış, bu zaman "xxxx" MMC-nin direktoru kimi onun maliyyə və əmlak vəziyyəti, habelə iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar (nöqsanın aradan qaldırılması, ilk dəfə məsuliyyətə cəlb edilməsi və s.) nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla ona tətbiq edilmiş 1.000 manat məbləğində cərimənin azaldılaraq 700 manat məbləğində müəyyən edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərkən həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq sonhaqq hesab ödənilmədiyi üçün "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir; • "xxxx" MMC üzrə xx.xx.2023-cü il tarixli, 10 nömrəli əmrə müvafiq olaraq X7 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 5MWEEFS000100 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir; • 04 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən X5 4.940,18 manat son haqqhesab ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmədə müəyyən edilir ki, "xxxx" MMC ilə X7 arasında xx.xx.2022-ci il tarixdə 5MWEEFS000100 saylı əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə cəmiyyət üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 10 nömrəli əmrə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin son haqq-hesabı isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərkən həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son-haqq hesab ödənilmədiyi üçün "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir; Bununla belə, "xxxx" MMC-nin direktoru X4 barəsində inzibati tənbeh tətbiq edilərkən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddi olan 700 manat məbləğin deyil, məhz 1.000 manatın tətbiq olunmasının səbəbləri əsaslandırılmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər (134.1.2-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" MMC-nin direktoru X2 tətbiq edilmiş 1.000 manat cərimənin məbləği azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" MMC-nin direktoru X2 tətbiq edilmiş 1.000 (bir min) manat cərimənin məbləği azaldılaraq 700 (yeddi yüz) manat məbləğində müəyyən edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-47/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-47/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver