Məhkəmə qərarları › İş №3(006)-4704/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4704/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4704/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2001-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində məcburi X21dan keçirilərkən narkotik vasitələrdən istifadə etdiyi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, dostunun məclisində olarkən qəlyana qatıldığından narkotik vasitə istifadə etmişdir. Daha sonra yaşadığı ünvanın qarşısında olarkən 14 noyabr 2024-ü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmışdır. Polis bölməsində izahatı alındıqdan sonra narkoloji testdən keçirilmiş və müvafiq rəy alınmışdır. Hal-hazırda əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə rəisi X8 protokolu müdafiə edərək izahatında bildirdi ki, polis əməkdaşları Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində qeyri-adekvat vəziyyətdə olduğundan ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin vaxt Şəxs narkotik vasitələrin təsirində olduğundan onu 21-ci Polis Bölməsinə aparmışlar. Bundan sonra polis bölməsində Şəxs səmimi olaraq narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Şəxs narkoloji mərkəzə göndərilmiş və müvafiq rəy alınmışdır. Müvafiq ekspertiza rəyi alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi Ambulator X1 15 noyabr 2024-cü il tarixli, 7277 saylı rəydən görünür ki, Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1, 37.3, 37.4, 37.5, 37.7-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar», «Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir», «Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir», «İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir». Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi Ambulator X4 tərəfindən verilən 15 noyabr 2024-cü il tarixli, 7277 saylı rəyini əsas götürərək Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən, saat 20:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X15 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov İş № 3(006)-3841/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır İclas saat 16:45-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına inzibati protokolu tərtib edən və barəsində inzibati qaydada icraat aparılan şəxs gəlmişlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib edən şəxs X23– Nəsimi Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs - xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Sədrlik edən hakimi və katibi elan edir. Hakim - Hüseynov Elməddin Mirpaşa oğlu, Katib - Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işə baxılmasını xahiş edirəm. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs:- İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən izahat vermək üçün inzibati protokolu tərtib edən şəxsə söz verir. İnzibati protokolu tərtib edən şəxs X13 izahatı Möhtərəm Hakim! bildirirəm ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 5 ünvanının qarşısında qeyr-adekvat vəziyyətdə olduğundan ona yaxınlaşdım və özümü təqdim etdim. X9 narkotik vasitələrin təsirində olduğundan onu 21-ci Polis Bölməsinə apardıq. Bundan sonra polis bölməsində Şəxs səmimi olaraq narkotik vasitə istifadəçisi olduğunu bildirdi. Xuraman Həsənbalayeva narkoloji mərkəzə göndərildi və müvafiq rəy alındı. Müvafiq ekspertiza rəyi alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərildi. Əlavə suallar daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə izahat vermək üçün söz verir. Barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatı: Möhtərəm hakim! Mən, əvvəllər oğurluq və narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuşdum. Narkotik vasitələrdən istifadəyə görə müalicə kursu çərçivəsində dərmanlar qəbul etmişdim. Lakin bəzən dərmanlardan istifadə edə bilmədiyimdən narkotik vasitələrdən istifadə etdim. Sonuncu dəfə 3-4 gün əvvəl tanımadığım şəxsə dərman vasitəsini verib, əvəzində narkotik vasitə aldım. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 5 ünvanının qarşısında narkotik vasitələrdən istifadə etdiyimə görə qeyri-adekvat vəziyyətdə olduğumdan polis əməkdaşları tərəfindən saxlanıldım və məni 21-ci Polis Bölməsinə apardılar. Polis bölməsində izahatım alındıqdan sonra narkoloji testdən keçirildim və müvafiq rəy alındı. Hal-hazırda əməlimdən səmimi peşmanam, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm. Sədrlik edən s/c olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs: - Əməlimdən peşimanam. Əlavə suallar daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə və protokolu tərtib edən şəxsə söz verilir. Barəsində inzibati qaydada icraat aparılan şəxs:- Məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - İnzibati qaydada icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edirəm. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 15 noyabr 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-1613/2019 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 08 iyul 2019-cu il Bakı şəhəri Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 iştirakı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən daxil olmuş materiala Nəsimi Rayon Məhkəməsinin binasında baxılır. İclas saat 16:50-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs X19 gəlmişdir. Sədirlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: X19 xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Hakim Hüseynov Elməddin Mirpaşa oğlu. Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçılarından hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs İntiqam Süleymanov: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur, vəkil istəməməyim maddi vəziyyətimlə bağlı deyil. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan İntiqam Süleymanov: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədirlik edən izahat vermək üçün barəsində inzibati qaydada icraat aparılan İntiqam Süleymanova söz verir: Barəsində inzibati qaydada icraat aparılan X10 izahatı: - Mən özümü təqsirli bilirəm və bildirirəm ki, təxminən iki ildir ki, narkotik vasitə hesab edilən heroin istifadə edirəm və son üç aydır ki, artıq narkotik vasitə hesab edilən heroini ineksiya vasitəsi ilə damarımdan istifadə etməklə qəbul edirəm. Ailə üzvlərim mənimlə profilaktik söhbətlər etmiş, lakin bu pis vərdişdən əl çəkə bilməmişəm. xx.xx.2019-cu il tarixdə atam Səfər Süleymanov mənimlə evdə mübahisə etdi və mən evdən çıxıb getmişdim. Yaşadığım evdə özümə aid üç ədəd ineksiya, bir ədəd narkotik vasitənin hazırlanması üçün istifadə etdiyim içi boş ampula və heroini qatışdırmaq üçün istifadə etdiyim şəffaf rəngli sellofana bükülmüş limon duzu var idi. Atamın təhqiqata təqdim etdiyi həmin üç ədəd ineksiya, bir ədəd narkotik vasitənin hazırlanması üçün istifadə etdiyim içi boş ampula və heroini qatışdırmaq üçün istifadə etdiyim şəffaf rəngli sellofana bükülmüş limon duzunu tanımadığım şəxslərdən almışam. Törətdiyim inzibati xətaya görə peşmanam. Qeyd olunanları nəzərə alaraq barəmdə yüngül cəza təyin edilməsini xahiş edirəm. Sədrlik edən s/c olaraq barəsində inzibati qaydada icraat aparılan İntiqam Süleymanov: - Bəli, saxlanılmamışdan əvvəl mütəmadi istifadə etmişəm. - Bəli, üç ədəd ineksiya, bir ədəd narkotik vasitənin hazırlanması üçün istifadə etdiyim içi boş ampula və heroini qatışdırmaq üçün istifadə etdiyim şəffaf rəngli sellofana bükülmüş limon duzu yaşadığım evdə idi. Əlavə suallar daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verilir. - Əməlimdən səmimi peşmanam, xahiş edirəm nəzərə alaraq mənə yüngül cəza təyin edəsiniz. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 08 iyul 2019-cu il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-665/2018 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ BARƏDƏ BAKİ ŞƏHƏR NƏSİMİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİNİN QƏRARDADİ Bakı şəhəri «06» iyul 2018-ci il Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi X17, X19 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə inzibati xəta haqqında materiallarını nəzərdən keçirib müəyyənetdim: İnzibati xəta haqqında işin baxılması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu madələrini rəhbər tutaraq qəraraaldım:

1. X19 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında təqdim olunmuş materiallar məhkəmə icraatına qəbul edilsin.

2. İşin məhkəmə iclası 08 iyul 2019-cu il tarixə, saat 17:30-a Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasına təyin edilsin.

3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına dəvət edilsinlər.

Hakim Şəlalə Həsənova «01» mart 2018-ci il iş № 3(006)-665/2018

İnzibati Xətalar haqqında işlər üzrə BİLDİRİŞ

Barəsində inzibati qaydada icraat aparılan şəxs: X14 Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov küçəsi, ev 60, mənzil 4

Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə

X10 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılması 08 iyul 2019-cu il tarixə, saat 17:30-a məhkəmə binasına təyin edilmişdir.

Məhkəmə binası ünvan 5 ünvanında yerləşir. Əlaqə nömrələri: tel: 431-37-22; 055 363-20-26 İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: Məhkəmə iclasına gələn şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.

Hakim Şəlalə Həsənova İş № 3(006)-195/2017 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ

12 aprel 2017-ci il Bakı şəhəri

X30 Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi X5nun katibliyi, tərcüməçi X2, barəsində inzibati qaydada icraat aparılan şəxs X10 iştirakları ilə, xx.xx.1994-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 941, 6 saylı yataqxanada yaşayan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsindən daxil olmuş materiala Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında baxılır. İclas saat 12:00-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs və tərcüməçi məhkəmə iclasına gəlmiş, inzibati protokolu tərtib edən orqanın nümayəndəsi isə gəlməmişdir. Sədrlik edən bildirir ki, iş üzrə barəsində inzibati protokol tərtib olunmuş şəxs X28 türk dilli olduğundan məhkəmə iclasına tərcüməçi dəvət olunub. Sədrlik edən tərcüməçinin şəxsiyyətini müəyyən edir.

Tərcüməçi: X7 – xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan.

Sədrlik edən tərcüməçiyə Azərbaycan Respublikası İXM-nin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını izah edir. Sədrlik edənin s/c tərcüməçi S.İsmayılova: hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən tərcüməçiyə Azərbaycan Respublikası İXM-nin 530-cu maddəsində nəzərdə tutulan məsuliyyəti elan edərək, ondan bu haqda iltizam alır. Sədrlik edən proses iştirakçılarına tərcüməçiyə etiraz etmək hüququnu və Azərbaycan Respublikası İXM-nin 73-cü maddəsində nəzərdə tutulmuş tərcüməçiyə etiraz edilməsinə səbəb olan əsasları izah edir. Tərcüməçi S.İsmayılovaya etiraz daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında iş üzrə inzibati prtokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə barəsində inzibati protokol tərtib olunmuş şəxsin fikrini soruşur. Barəsində inzibati protokol tərtib olunmuş şəxs: - Etiraz etmirəm.

Məhkəmə yerində müşavirə edərək qərara alır:

Hazırki işə inzibati xəta haqqında iş üzrə inzibati prtokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədirlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirir: İnzibati xəta törədən şəxs: X28 – xx.xx.1994-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, müvəqqəti olaraq Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan Tibb Universitetinin Yataqxanasında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan.

X30 Bəhruz oğlu. Məhkəmə iclas katibi X5. Sədrlik edən proses iştirakçılarından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım vardır. Odur ki, məhkəmədən mənə dövlət hesabına vəkil ayrılmasını xahiş edirəm.

Məhkəmə yerində müşavirə edərək qərara aldı:

X24 Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə onun məhkəmədə hüquqlarının müdafiəsini təmin etmək üçün müdafiəçi ayrılsın. Müdafiəçinin təmin edilməsi Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının müdriyyətinə tapşrılsın. Qərarın icrası ilə əlaqədar olaraq məhkəmə iclasında fasilə elan olunsun.

Məhkəmə iclası saat 12:25-də davam etdirilir. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxs X24 hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının vəkili X6 dəvət edildiyini bildirir. Vəkilə etirazın olub-olmamasını aydınlaşdırır. Vəkilə etiraz daxil olmadı. Sədrlik edən müdafiəçiyə tərcüməçiyə etiraz etmək hüququnu və Azərbaycan Respublikası İXM-nin 73-cü maddəsində nəzərdə tutulmuş tərcüməçiyə etiraz edilməsinə səbəb olan əsasları izah edir. Tərcüməçi S.İsmayılovaya etiraz daxil olmadı. Sədrlik edən müdafiəçiyə hakimi və katibi elan edir. X30 Bəhruz oğlu. Məhkəmə iclas katibi X5. Sədrlik edən proses iştirakçılarından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edənin s/c olaraq müdafiəçi: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı.

Sədrlik edən izahat vermək üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verir:

Barəsində inzibati qaydada icraat aparılan X24 izahatı:

- Təxminən, cari ilin aprel-may aylarından etibarən narkotik vasitə «marixuana» və psixotrop maddələrdən istifadə edirdim. Əvvəllər az-az istifadə etsəm də son 3-4 ay ərzində artıq mütəmadi şəkildə istifadə edirdim. Məhkəmənin qərarına əsasən xx.xx.2016cı ildə kirayə yaşadığım mənzildə axtarış keçirilən zaman evdən aşkar edilmiş 1 kibrit qutusunda olan marixuana narkotik vasitəni təxminən 19-20-si tarixlərində “Tarqovi" küçəsinin yaxınlığında yerləşən adını xatırlamadığım bir gecə klubundan çıxdıqdan sonra gecə saat təxminən 02:00 radələrində klubun qarşısında taksi gözləyərkən mənə yaxınlaşan zahiri görkəmcə alçaq boylu, 30-40 yaşlarında bir nəfərdən əldə etmişdim. Belə ki, həmin şəxs mənə yaxınlaşıb, mənimlə salamlaşıb siqaret istədi, mən də həmin şəxsə 1 ədəd siqaret verdim. Həmin şəxs türk dilində rahat danışa bilməməsinə baxmayaraq mən həmin şəxsin nə demək istədiyini anladım və nəticədə həmin şəxsdən 30 manata 1 kibrit qutusu marixuana aldım. Aldığım 01 ədəd kibrit marixuana narkotik vasitəsini yaşadığım evin mətbəxindəki dolabda şəxsi istifadəm üçün saxlamışdım. Əməlimdən səmimi peşimanam daha yüngül inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş edirəm.

Əlavə suallar daxil olmadı.

Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə və müdafiəçiyə söz verilir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Barəmdə yüngül cəza verilməsini məhkəmədən xahiş edirəm. Müdafiəçi: Yüngül cəza verilməsini xahiş edirəm.

Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 12 aprel 2017-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır.

Sədrlik edən:

Məhkəmə iclas katibi: 08 iyul 2019-cu il iş № 3(006)-665/2018

Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-665/2018 saylı, 08 iyul 2019-cu il tarixli qərarın sürəti məlumat üçün Sizə göndərilir.

Qoşma: qərarın surəti

Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar