Məhkəmə qərarları › İş №3(006)-4710/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4710/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4710/2020 25.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, zərəçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X7 rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)- 526/2017 saylı qətnaməsinə əsasən ondan xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü Əliyev ismayıl Salman oğlu xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Zülfiqarova) Ağanisə Narkom qızına ödənilməsi qət edilmişdir. O, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı qətnaməsi üzrə varilən icra sənədini yerinə yetirərək bir müddət aliment borclarını ödəmişdir. Lakin ölkə ərazisində ümumi baş verən pandemiya şəraitində iş tapa bilməmiş, məhz bu səbəbdən aliment üzrə borclarını ödəmək iqtidarında olmamışdır. Lakin buna baxmayaraq, aliment borcu üzrə yaranmış vəsaitin tam olaraq ödəməsə də, yaranmış vəziyyətlə əlaqədar az miqdarda pul məbləğini ödəmişdir. Hal-hazırda ümumi borc məbləği qalıq borcların nəticəsində yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və icra sənədinin icrasından qəsdən yayınmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərmişdir ki, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2008ci il təvəllüdlü Əliyev ismayıl Salman oğlu xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək icra sənədi üzrlü səbəb olmadan yerinə yetirilməmişdir. Hal-hazırda Şəxs müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayınır. Sonuncu müxtəlif vaxtlarda aliment borcu üzrə az ödənişlər etmiş və bəzi aylar üzrə ödənişləri ümumiyyətlə etməmişdir. Hal-hazırda onun psixoloji problemləri olan bir övladı var və onun müalicə xərclərinin təmin edilməsində çətinlik çəksə də, Şəxs övladının maddi xərclərini qarşılamaqdan imtina edir. Müxtəlif vaxtlarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş yerlərini dəyişərək alimenti ödəməkdən yayınmağa çalışır. Sonda Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü Əliyev ismayıl Salman oğlu xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Zülfiqarova) Ağanisə Narkom qızına ödənilməsi qət edilmişdir. İcra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin dərhal təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Tələbkar şəxs icranın təmin edilməsi üçün hal-hazırda şöbəyə müraciət etmiş və borclu tərəfindən icra sənədləri üzrə yaranmış borcunun tam olaraq ödənilməsini tələb etmişdir. Bununla bağlı borclu icra şöbəsinə dəvət olunaraq müvafiq izahatı alınmışdır. Bundan sonra həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra qətnaməsinə əsasən Nəsimi rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-526/2017 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü Əliyev ismayıl Salman oğlu xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Zülfiqarova) Ağanisə Narkom qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx xxx 2071-ci il tarixli bildirişdən görünür ki, xx xxx 2017-ci il tarixdə Abşeron rayon İcra və probasiya Şöbəsinin icra məmuru F.Ə.Murtuzayev tərəfindən tələbin könüllü icrası haqqında bildiriş Şəxs göndərilmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında” xx xxxxxx 2019-cu il və xx xxxxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə və xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində axtarış elan edilmiş və qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinə həvalə edilmişdir Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar