Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4712/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərardan şikayət verən şəxs X4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 3-17-5/3-1-10611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla qüvvədə saxlanılmış X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 3-17-5/3-1-10611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla qüvvədə saxlanılmış X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X15 işdən azad olunması ilə barışmayaraq. "X16" MMC-yə qarşı ədavət aparmağa başlamışdır. Sonuncu X13 Xidmətinə müraciət edərək, guya əmək müqaviləsi bağlanılmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək işlərin görülməsinə cəlb edildiyini iddia etmişdir. X15 öz iddiasını onunla əsaslandırmışdır ki, guya xx.xx.2024-cü il tarixdə "X16" MMC adına sifarişləri qəbul etmişdir. Lakin X13nə təqdim edilmiş həmin sifariş blankları "X16" MMC-nə aid deyil və bunu təyin etmək mümkün deyildir. Belə ki, xx.xx.2024-cü il tarixinə aid olduğu iddia edilən həmin sifariş blanklarımn hansı şəraitdə və ya qaydada “X16” MMC tərəfindən qəbul edildiyi, təmin olunub-olunmadığı müəyyən olunmur və “X16” MMC tərəfindən müvafiq sifariş üzrə hər hansı malların təqdim edildiyi təsdiq edilmir. X7 işə baxılması zamanı yuxarıda qeyd edilən xüsusatlar zəruri qaydada araşdırılmamış, lakin səlahiyyəli orqan tərəfindən çıxarılmış qərarda müvafiq sifariş blanklar sübut qismində əks olunmuşdur. Digər tərəfdən. X13 Xidmətində aparılmış araşdırma zamanı yalnız bir nəfər şahidin ifadəsinin etibarlı sübut hesab edilərək "X16” MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, həmçinin hüquqi şəxs "X16" MMC barəsində də bir inzibati xətanın törədilməsinə görə protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən "X16" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə cərimə edilməsi barədə qərar çıxarılmışdır. İnzibati orqanın araşdırmasında şahid qismində ifadə verən X10 guya X9 xx.xx.2024-cü il tarixindən "X16" MMC-də işlədiyini ifadə etməsinə baxmayaraq, onun ifadəsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Bu isə şahidin izahatının mənbəyi məlum olmayan məlumatlara əsaslandığını təsbit edir. Hesab edir ki, X10, aralarındakı dostluq münasibətlərindən irəli gələrək X9 xeyrinə izahat vermişdir. X13 Xidməti tərəfindən müvafiq xidmətin Bakı Şəhər İdarəsinin apardığı araşdırmanın nəticələrinə düzgün qiymət verilmədiyini, sübutları araşdırmadan qərar çıxarıldığını deməyə əsas verir. Halbuki, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı səlahiyyətli orqana "X16" MMC-nin nümayəndəsi tərəfindən izahat verilmişdir ki, həqiqətən, X15 xx.xx.2024-cü il tarixində əvvəlki iş yerində işdən azad olunduqdan sonra, xx.xx.2024-cü il tarixində “X16” MMC-də əmək fəaliyyətinə başlamışdır. 14 may 2024-cü il tarixindən əvvəlki hər hansı vaxt X9 "X16” MMC-də hər hansı işə cəlb olunduğunu təsdiq edən etibarlı sübutun mövcud olmadığı. X13 Xidmətinin Bakı Şəhər İdarəsinin araşdırmaya sübut qismində əlavə etdiyi dəlillərin isə yuxarıda qeyd olunmuş əsaslar üzrə etibarsız olduqlarını nəzərə alsaq, X13 Xidmətinin çıxardığı qərarın qanunsuz və əsassız olduğu müəyyən olunur. “X16" MMC öz fəaliyyətində qanunvericiliyin tələblərinə riayət olunmasını əsas prinsiplərdən biri olaraq müəyyən etmişdir və müəssisəmizdə istər kommersiya fəaliyyətinin müxtəlif sahələrinə dair normativ tələblərə riayət edilməsi ilə yanaşı, əmək qanunvericiliyi ilə işəgötürənin vəzifələrinə aid edilən bütün tələblərin yerinə yetirilməsinə ciddi nəzarət olunur və xüsusi həssaslıqla icra olunur. Şirkət iri vergi ödəyicilərindən biri kimi, hər zaman korporativ məsuliyyətini dərk edərək, əməli tədbirlərin icrasını həyata keçirən müəssisə kimi, işçilərinin də sosial rifahı, əməyinin mühafizəsi və fərdi inkişafını nəzərdə saxlayır. Məhkəmənin inzibati xəta haqqında işə baxılan zaman müvafiq məlumatları nəzərə alması "X16" MMC-nin vəzifəli şəxsi X6 barəsində hazırkı şikayətə baxılmasına, məhkəmənin iş üzrə düzgün nəticəyə gəlməyinə müsbət təsir göstərə bilər. Yuxanda qeyd olunanlar onu deməyə əsas verir ki, X9 guya xx.xx.2024-cü il tarixindən "X16"’ MMC tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunmasına dair sübutların (baxılan halda, şahidin izahatı və sifariş blankları) yuxarıda qeyd olunmuş əsaslar üzrə etibarsız olduqları, habelə, X9 iddia etdiyi işə başlama tarixindən 2 (iki) gün sonrakı xx.xx.2024-cü il tarixində əvvəlki iş yerində işdən azad olunması və xx.xx.2024-cü il tarixindən əvvəlki hər hansı vaxtda məhz “X16” MMC tərəfindən işlərin görülməsinə cəlb edildiyini təsdiq edən mötəbər sübutların olmaması faktı X13 tərəfindən mütləq nəzərə alınmalı idi. X13 tərəfindən X9 əvvəlki iş yerində işdən nə vaxt azad olunması barədə araşdırma aparmamış, işə baxılmasını yalnız X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən təqdim edilən məlumatları nəzərə almaqla məhdudlaşdırmışdır. Bu isə o deməkdir ki, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı müəyyən edilən işin halları, həmçinin araşdırılan sübutlar “X16” MMC-nin vəzifəli şəxsi (qanuni təmsilçisi) X4 əməlində inzibati xəta tərkibinin olmadığını təsbit edir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, mövcud vəziyyətdə "X16" MMC-nin vəzifəli şəxsi (qanuni təmsilçisi) X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair X13 Xidmətinin 3-17-5/3-1-10611/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılan X13 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə Qərarı qanunsuz və əsassız hesab edir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki. X13 tərəfindən çıxarılmış qərarda X13 Xidməti tərəfindən "X16" MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi əsaslan araşdınlmadan, təqdim edilmiş etibarsız sübutlara zəruri qaydada qiymət verilmədiyinə, həmçinin “X16” MMC-nin mövqeyinə, verilmiş izahatlarına, təqdim olunan sübutlan, ümumiyyətlə, nəzərə alınmadığına, “X16” MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığına görə X13 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə Qərarı ləğv olunmalıdır. X8 Bakı Şəhər İdarəsi işə baxarkən X9 "X16" MMC tərəfindən işə qəbul olunması tarixi (xx.xx.2024-cü il) ilə onun əvvəlki əsas iş yerində işdən azad olunması tarixləri (xx.xx.2024-cü il) arasında müqayisəli təhlil aparmamış, inzibati xətanın törədilməsi faktını araşdıran zaman inzibati xətanın törədilməsinin baxılan halda mümkünlüyü və mövcudluğunu təhlil etməmişdir. X13 Xidmətində sübut qismində araşdırılan sifariş blankları "X16" MMC-nə aid deyil və bunu təyin etmək mümkün deyildir. Belə ki, xx.xx.2024-cü il tarixinə aid olduğu iddia edilən həmin sifariş blanklarmm hansı şəraitdə və ya qaydada "X16" MMC tərəfindən qəbul edildiyi, təmin olunub-olunmadığı müəyyən olunmur və "X16" MMC tərəfindən müvafiq sifariş üzrə hər hansı malların təqdim edildiyi təsdiq edilmir.nəzərə alınmamışdır. Ümumiyyətlə, səlahiyyətli orqan is üzrə gəldiyi nəticəni, həmin nəticəyə gəlməsinə əsas verən faktları, sübutları, işin hallarını lazımınca izah edə, əsaslandıra bilməmişdir. Hesab edir ki, X13 Xidmətinin iş üzrə çıxardığı qərarda qeyd etdiyi nəticələr, işin hallarının hərtərəfli, dəqiq, qərəzsiz araşdırılması və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından yetərsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 3-17-5/3-1- 10611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla qüvvədə saxlanılmış X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib, əlavə olaraq hüquqi şəxs barəsində yekun məhkəmə qərarının qəbul edildiyini, Müfəttişlik tərəfindən yalnız bir şahid ifadəsinə istinad edilərək qərarın qəbul edildiyini və həmin şahidin Eltacın dostu olduğunu, heç bir araşdırma aparılmadan əsassız qərar qəbul edildiyini, blankaların heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sifarişçi Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 3(103)-2408/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə “X16” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilməsi qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 06 may 2024-cü il tarixdən 14 may 2024cü il tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X13 Xidməti yalnız Eltac Şirinovun və sonuncunun dostunun şahid kimi ifadələrinə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni hüquqi şəxs tərəfindən əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Bundan əlavə, eyni hadisə üzrə hüquqi şəxs barəsində tərtib olunmuş protokol üzrə icraata Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xitam verilmişdir. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, X6 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 3-17-5/3-1-10611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla qüvvədə saxlanılmış X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4712/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4712/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver