Məhkəmə qərarları › İş №3(006)-4718/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4718/2020

30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4718/2020 30.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 4EB1BRW), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/08 saylı icra sənədi, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2288/14 saylı, xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/14 saylı icra sənədləri, 53 saylı Notariat konturunun xx xxxxxx 2017-ci il tarixli, 7E-1040 saylı icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1859/19 saylı icra sənədləri üzrə cəmi 76.328 manat ödənilməlidir. İndiəyənədək borclu Şəxs 76.328 manat ödənilməmiş yığılan borcu vardır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ş.Qaralov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/08 saylı icra sənədi, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2288/14 saylı, xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/14 saylı icra sənədləri, 53 saylı Notariat konturunun xx xxxxxx 2017-ci il tarixli, 7E-1040 saylı icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1859/19 saylı icra sənədləri üzrə cəmi 76.328 manat ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, daha sonra borclunun axtarılması və borclunun əmlakının axtarılması barədə qərarlar qəbul edilmişdir. Həmçinin borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/08 saylı icra sənədi, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2288/14 saylı, xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/14 saylı icra sənədləri, 53 saylı Notariat konturunun xx xxxxxx 2017-ci il tarixli, 7E-1040 saylı icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1859/19 saylı icra sənədlərindən məlumatlıdır. Belə ki, o, həmin icra sənədləri üzrə bir məhkəmə prosesində iştirak etmiş, digər məhkəmələrdə iştirak edə bilməmişdir. X12 50.000 ABŞ dollar borcu olub daha sonra həmin borcdan 28.000 ABŞ dollarını ödəmişdir. Hazırda heç bir yerdə işləmir və ağır vərəm xəstəliyindən əziyyət çəkir. Belə ki, işləyib maddi imkanı düzələn kimi yığılmış borcunu ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/08 saylı icra sənədi, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2288/14 saylı, xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/14 saylı icra sənədləri, 53 saylı Notariat konturunun xx xxxxxx 2017-ci il tarixli, 7E-1040 saylı icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1859/19 saylı icra sənədləri üzrə cəmi 76.328 manat ödənilməlidir. İndiəyənədək borclu Şəxs 76.328 manat ödənilməmiş yığılan borcu vardır. İcra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, daha sonra borclunun axtarılması və borclunun əmlakının axtarılması barədə qərarlar qəbul edilmişdir. Həmçinin borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu Şəxs bu günə kimi ödənilməmiş 76.328 (yetmiş altə min üç yüz iyirmi səkkiz) manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 2(006)-1859/2019 saylı icra vərəqəsindən görünür ki, X2 iddiası rədd edilmiş, X5 iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 2.800 manat məbləğində pul alınaraq iddiaçı A.A.Yaqubluya verilmiş, iddaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdeh Şəxs alınaraq iddiaçı A.A.Yaqubluya ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxxxx 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 53 saylı notariat konturunun xüsusi notariusu Hüseynov Abdulhüseyn oğlu “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsində əsasən Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 5, mənzil 15 ünvanında qeydiyyatda olan X4 (AZE 14486879, xx/xx/2013 – ünvan 2 mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2016-cı il müddət üçün vaxtında ödənilməmiş 10.000 manat tutulsun. Bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10010 manat pul tutulsun. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxxxxx 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/2014 saylı icra vərəqəsindən görünür ki, R.A.X1 xeyrinə 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində milli manat məzənnəsinə uyğun olaraq pul tutulsun. Şəxs M.A.Dadaşovun xeyrinə 30 (otuz) manat dövlət rüsumu tutulsun. İş materiallarında olan xx xxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxx 2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxx 2014-cü il tarixli, 2(006)-2288/2014 saylı icra vərəqəsindən görünür ki, iddia təmin olunsun, cavabdehlər Şəxs və X6 iddiaçı X8 xeyrinə 6.042 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat, cəmi 6.073 (altı min yetmiş üç) manat məbləğində pul tutulsun. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxx 2014-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/2008 saylı icra vərəqəsindən görünür ki, iş üzrə “Azərbaycan Kredit Bankı”na girov qoyulmuş tikiş avadanlıqları üzərindən həbs götürülmsün və 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi nəzərə alınmaqla banka dəymiş 20.000 manat məbləğində əsas borcun ödənilməsi üçün banka verilsin. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nizami rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, icraatda olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2288/2014/saylı, xx.xx.2014-cü il tarixli, xx.xx.2008-ci il tarixli 2(006)-1859/2019 saylı, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 7E-1040 saylı icra sənədlərində borclu “xxxx” MMC olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq (şəxsiyyətini təsdiq edən sənəd ilə) Nəsimi Rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, icra sənədinin icrasının təmini məqsədi ilə borclunun mülkiyyətinə olan “VAZ-21074” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı və “VAZ- 21217” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barəsində axtarış elan edilmiş və avtomobilin saxlanılaraq AR DİN-nin BDYPİ-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Şəxs məxsus olan “VAZ-21074” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuş, qərardadın icrası AR DİN BDYPİ-nə həvalə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Şəxs məxsus və Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Məmmədov İzzət Adıgözəl oğlu tərəfindən etibarnamə ilə idarə olunan “VAZ-21214” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə axtarış elan edilmiş və avtomaşın saxlanılaraq təhvil verilməsi Cəlilabad rayon Dövlət Yol Polisi şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə cinayət məsuliyyəti yarandığı bildirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, onun həmin icra sənədlərindən xəbəri yoxdur, bugünədək işləmədiyi və ağır vərəm xəstəsi olduğu üçün ödəniş etməmişdir və qeyd olunan borc məbləğləri ilə bağlı 2.800 manat olan məbləğ 03 ay müddətinə ödəməyi söz vermiş, qalan məbləğlərin ödənişinə isə konkret səhhəti ilə və işləmədiyinə görə müddət söz verə bilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 1(101)-813/08 saylı icra sənədi, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2288/14 saylı, xx xxxx 2014-cü il tarixli, 2(006)-2726/14 saylı icra sənədləri, 53 saylı Notariat konturunun xx xxxxxx 2017-ci il tarixli, 7E-1040 saylı icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1859/19 saylı icra sənədləri üzrə cəmi 76.328 manat ödənilməlidir. İndiəyənədək borclu Şəxs 76.328 manat ödənilməmiş yığılan borcu vardır. İcra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, daha sonra borclunun axtarılması və borclunun əmlakının axtarılması barədə qərarlar qəbul edilmişdir. Həmçinin borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu Şəxs bu günə kimi ödənilməmiş 76.328 (yetmiş altə min üç yüz iyirmi səkkiz) manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Nəticədə onun barəsində xx xxxxxx 2020-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri və qərarın icrası ilə bağlı kifayət qədər üzün müddətin olmasına baxmayaraq, bu günədək onun tərəfindən konkret heç bir hərəkət və ya hərəkətlər edilməmiş və bu hal məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar