Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4719/2020 30.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 V ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1933/2017 saylı icra sənədinə əsasən X1 yetkinlik yaşına çatana kimi hər ay 136 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X3 ödənilməlidir. İndiəyənədək borclu Şəxs 5.984 manat ödənilməmiş yığılan aliment borcu vardır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ş.Qaralov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1933/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü – A.Y.Kərimovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-4550/2010 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılmış və 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq G.H.Məmmədliyə verilməlidir. İcra sənədi üzrə icraata xx xxxxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, borclunun axtarışı və borclunun axtarılması haqqında qərarlar qəbul edilmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün borclunun hər-hansı yerdə əmlakının olub-olmaması ilə bağlı müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1933/2017 saylı icra sənədinə əsasən A.Şəxsnın yetkinlik yaşına çatana kimi hər ay 136 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X3 ödənilməlidir. İndiəyənədək borclu Şəxs 5.984 manat ödənilməmiş yığılan aliment borcu vardır. Belə ki, həmin icra vərəqəsindən məlumatlıdır. Heç bir yerdə işləmədiyi üçün aliment ödəməyə imkanı yoxdur. Bu vaxta kimi 5.984 manat aliment borcu yaranmışdır. Belə ki, işləyib maddi imkanı düzələn kimi yığılmış aliment borcunu hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1933/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü – A.Y.Kərimovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-4550/2010 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılmış və 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq G.H.Məmmədliyə verilməlidir. İcra sənədi üzrə icraata xx xxxxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olubolmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, borclunun axtarışı və borclunun axtarılması haqqında qərarlar qəbul edilmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün borclunun hərhansı yerdə əmlakının olub-olmaması ilə bağlı müvafiq akt da tərtib edilmişdir. Borclu Şəxs bu günə kimi ödənilməmiş 5.984 (beş min doqquz yüz səksən dörd) manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs xx xxxxx 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 2 V ünvanda yaşayan Şəxs məcburi qaydada Nəsimi rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1984-cü ildə ünvan 3 ünvanda yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra məmurları X4 və X5 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, icra məmurları və hal şahidi N.Məlikov küçəsi, ev 13 ünvanında olmuş, lakin borclu Şəxs həmin ünvanda tapmaq mümkün olmamışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 V ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(006)-1933/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2010-cu il təvəllüdlü – A.Y.Kərimovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)- 4550/2010 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılmış və 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq G.H.Məmmədliyə verilməlidir. İcra sənədi üzrə icraata xx xxxxx 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, borclunun axtarışı və borclunun axtarılması haqqında qərarlar qəbul edilmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün borclunun hər-hansı yerdə əmlakının olub-olmaması ilə bağlı müvafiq akt da tərtib edilmiş, borclunun tapılması məqsədilə evinə baxış keçirilmiş, borclu Şəxs ümumiyyətlə alimenti borcunu ödəməmiş və bu günə kimi 5.984 (beş min doqquz yüz səksən dörd) manat borcu yaranmış nəticədə onun barəsində xx xxxxxx 2020-ci il tarixdə, MN ******* saylı protokola tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri və qərarın icrası ilə bağlı kifayət qədər üzün müddətin olmasına baxmayaraq, yəni xx xxxxx 2017-ci il tarixdən bu günədək onun tərəfindən konkret heç bir hərəkət və ya hərəkətlər edilməmiş və bu hal məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4719/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4719/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver