Məhkəmə qərarları › İş №3(006)-4742/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4742/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4742/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 193/47-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 6-cı paralel, ev 0254-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş sənədlərə görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə hərəkətdə olan zaman sola ara məhəllə yoluna dönmək üçün yerdəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində onunla eyni yolda hərəkət edən, X1 idarə etdiyi “Bajaj” markalı, 99-B-557 dövlət qeydiyyat nişanlı motosikletə yol vermədiyi üçün toqquşmuş, nəticədə motosikletin sürücüsünə yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə üzü “Şamaxinka” adlanan istiqamətdə hərəkət edən zaman “Qızıl Tac” şadlıq sarayının qarşısında sol birinci zolaqdan sola dönmə işıqını yandırmaqla əks istiqamətli yolu ayıran üfüqi nişanlanma xəttinin qırıq xətlər olan hissəsindən sola ara məhəllə yoluna keçmək üçün manevr etmişdir. Elə həmin vaxt onun arxasından nisbətən sol tərəfindən düzünə hərəkətdə olan “Bajaj” markalı, 99-B-557 dövlət qeydiyyat nişanlı motosiklet ilə idarə etdiyi avtomobilin ön sol hissəsi toqquşmuşdur. O, avtomobili saxlamış, motosikletin sürücüsü X3 yaxınlaşmış və ora təcili tibbi yardım çağırmışdır. Baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur. Çünki, o sol zolaqla hərəkət edib sola dönmək istəyərkən motosikletin sürücüsü onun arxası ilə hərəkət edib onun dönməsini gözləməyib hərəkətini davam etdirmişdir. Bu barədə təhqiqatçıya da bildirmiş, lakin hadisə yerində quraşdırılmış “TŞ3-061” saylı kameranın görüntüləri əldə olunub hadisənin hansı qaydada baş verməsi müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə bütün hallar ətraflı araşdırılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd etdiyi hallara aydınlıq gətirilməmiş, izahatlar arasında olan ziddiyyətlərə münasibət bildirilməmiş, hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmamış, baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri əldə edilib materiala əlavə edilməmişdir. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar