Məhkəmə qərarları › İş №3(006)-4744/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4744/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4744/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə Rusiya Səfirliyində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru – X3 xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Rusiya Federasiyasının səfirliyi qarşısında yerləşən 04 saylı postda xidmət aparan X2 bir nəfər şəxs yaxınlaşaraq səfirliyə girmək istədiyini bildirmiş, Sakit Hüseynov səfirliyə getməyinin səbəbini soruşduqda, söyüş və təhqirlərlə cavab vermiş, polis nəfərini vurmaqla hədələmiş, səs küy salaraq ictimai asayişi pozmuşdur. Bundan sonra həmin vətəndaş 20-ci PŞ-nə dəvət olunmuş, şöbədə onun xx.xx.1975-ci il təvəllüdlü, İsmayıllı rayon sakini X5 olması müəyyən olunmuş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair protokol tərtib olunmuşdur. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, uzun müddət Rusiya Federasiyasında yaşamış və işləmişdir. Birdəfəlik Rusiyaya köçmək və oranın vətəndaşlığını əldə etmək üçün Rusiya Federasiyasının ölkəmizdə olan səfirliyinə müraciət etmək üçün gəlmişdir. Orada polis əməkdaşı onun qarşısını kəsərək hansı səbəbdən səfirliyə gəldiyini soruşmuş, ona bunu soruşmağa ixtiyarının olmadığını demiş, aralarında mübahisə düşmüşdür. Həmin mübahisə zamanı hər hansı artıq ifadə işlətməmiş, kimisə vurmaq barədə söz deməmişdir. Qeyd edir ki, polislə arasında anlaşılmazlıq olubdur. Onu daha sonra 20-ci PŞ-nə gətiriblər. Şöbədə də heç kimə heç nə etmədiyini, sadəcə anlaşılmazlıqdan polis nəfəri ilə mübahisə olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 bildirdi ki, Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PŞ-də polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə xidməti ərazisi üzrə, 04 saylı yəni Rusiya səfirliyinin qarşısındakı postda xidmətdə olmuşdur. Həmin tarixdə saat 11:00 radələrində bir nəfər şəxs həmin posta yaxınlaşaraq, Rusiya Federasiyasının səfiri ilə görüşmək istədiyini bildirmiş, ondan görüşün səbəbini soruşduqda bu şəxs «sənlik deyil», deyərək onu hədələmişdir. Onun bu cür ucadan danışmağını da ətrafda olan vətəndaşlar eşitmişlər. Bundan sonra onu Polis Şöbəsinə gətirmiş, şöbədə baş verənlərlə bağlı şöbənin rəhbərliyinə raportla müracit etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 noyabr 2024-cü il tarixli raportdan görünür ki, 04 saylı yəni Rusiya səfirliyinin qarşısındakı postda xidmətdə olarkən bir nəfər şəxs ona yaxınlaşaraq Səfirliyə girmək istədiyini bildirmiş, səbəbini soruşduqda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşını təhqir edərək hədələmiş, onun qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru – X3 tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Rusiya Səfirliyində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 19 noyabr 2024cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini, polis əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «xx.xx.2024-cü il tarixdən saat 16:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar