Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-475/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2024cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bu qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin, hesab edir ki, qərar tamamilə əsassızdır. Belə ki, ona təqdim olunan şəkillərdən aydın olur ki, yolda avtobus hərəkət nişanı olsa belə, asfalt örtüyündə bunun üçün ayrıcı zolaq çəkilməmiş və ya silinmişdir. O da həmin yolda avtobus zolağı olmadığından hərəkətini davam etdirmişdir. Bakı şəhərinin bir çox küçə və prospektlərində avtobus nişanı və avtobus zolağı çox aydın şəkildə çəkilmiş və bununla bağlı sürücülər tərəfindən heç bir qayda pozuntusu törədilmir. Qeyd olunanları nəzərə alaraq 26 yanvar 2024-cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmədə şikayətçi X3 şikayətə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan əsassız qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərarla X3 26 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə etdiyi “Toyota Prius” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin, həmin qərarda sadəcə olaraq yol nişanlarının tələblərinə riayət edilməməsi vurğulanaraq xətanın mahiyyətinin nədən ibarət olması, konkret olaraq harada quraşdırılmış və hansı yol nişanının adı göstərilməmiş, barəsində icraat aparılan şəxsin izahatında qeyd etdiyi hala qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda göstərilən məlumatlardan biri də işə baxılarkən müəyyən edilmiş hallardır. Bu Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19141401 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-475/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-475/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver