Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4758/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Fövqəladə Hallar tərtib etmiş şəxs: Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru X2 Barəsində icraat aparılan hüquqi Şəxs ASC-nin nümayəndəsi şəxs: X3 iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küç., ev 134C; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə ünvan 2 ünvanda yerləşən Şəxs ASC-nin “Nəsimi” filialında xx.xx.2023-cü il tarixdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Şəxs ASC-nin ofisində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı bank tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Belə ki, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq kabel və naqillər saz vəziyyətdə olmamış, siqnalizasiya, təxliyyə planı təqdim edilməmiş, odsöndürən balonların quraşdırılma qaydaları pozulmuşdur. Şəxs ASC-nin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş protokol ilə razı deyillər. Belə ki, protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilib ki, guya avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sənəd, kabel və naqillərin izolyasiyaya qarşı müqavimətinin ölçülməsi barədə sənəd, obyektin texniki lahiyə sənədləri təqdim edilməmişdir. Lakin həmin sənədlər mövcuddur. Odsöndürən balonlar yerdə olmuş və onlar da divara bərkidilmişdir. Hazırda bütün nöqsanlar aradan qaldırılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 14 sentyabr 2023-cü il tarixli, KY231972547 saylı çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən Şəxs ASC-də plan üzrə 18-xx.xx.2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilir; • xx.xx.2023-cü il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”na əsasən ünvan 2 ünvanda yerləşən Şəxs ASC-də “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığı barədə, habelə kabel və naqillərin izolyasiyaya qarşı müqavimətinin ölçülməsi barədə sənəd, obyektin texniki lahiyə sənədləri təqdim olunmamış, odsöndürən balonların quraşdırılma qaydaları pozulmuşdur; • 08.09.2023-cü il tarixli 015/23 saylı akta əsasən "xxxx" QSC-nin əməkdaşı tərəfindən Şəxs ASC-nin ünvan 4 ünvanda yerləşən “Nəsimi” filialındakı yanğından öncə siqnalizasiya sistemi servis edilərək tam işlək vəziyyətdə təhvil verilmişdir. Sistem hal-hazırda işlək vəziyyətdədir; • "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Kabel və naqillərin izolyasiya müqavimətinin ölçülməsi protokolu”na əsasən Şəxs ASC-nin ünvan 2 ünvanda yerləşən “Nəsimi” filialında kabel və naqillər istismara yararlıdır; • "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 130203-T saylı “Elektrik avadanlığının mühafizə torpaqlanması müqavimətinin yoxlanılması və ölçülməsi protokolu”na görə Şəxs ASC-nin ünvan 2 ünvanda yerləşən “Nəsimi” filialında torpaqlama konturunun müqaviməti normaldır. Beləliklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən Şəxs ASC-nin “Nəsimi” filialında xx.xx.2023-cü il tarixdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aparılan yoxlama zamanı “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığı, kabel və naqillərin izolyasiyaya qarşı müqavimətinin ölçülməsi, obyektin texniki lahiyə sənədlərinin olmaması, habelə odsöndürən balonların quraşdırılma qaydalarının pozulması faktının aşkar olunması göstərilsə də, məhkəmədə müəyyən olunur ki, həmin sənədlər mövcuddur və odsöndürən balonların quraşdırılma qaydalarına da artıq əməl edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs ASC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4758/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4758/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver