Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-476/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin nümayəndəsi X3, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:08-də İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin səlahiyyətli nümayəndəsi X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı qərara əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində vətəndaş Şəxs idarə etdiyi “KİA RİO” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsinə, səslərin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə avtoxuliqanlıq hərəkətləri etmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sosial şəbəkədə, “Patrul.az” saytında paylaşımlar olmuş, həmin paylaşımlardan sonra araşdırma aparlmışdır, şəxs müəyyən olunaraq şöbəyə dəvət olunmuş və izahatı alındıqdan sonra barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Şəxs hadisənin iki il əvvəl baş verdiyini bildirmiş, çəkilişin başqası tərəfindən olunduğunu və həmin sayta yerləşdirildiyini bildirmişdir. Sonda inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 511.1.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, əməl onun tərəfindən törədilmişdir, həmin əməl onun tərəfindən iki il qabaq törədilibdir. Sonradan həmin görüntülər sayta yerləşdirilibdir. Əgər görüntülərə də baxsanız həmin xətanın iki il əvvəl törədilməsinin şahidi ola bilərsiniz. Avtomobili özü idarə etmişdir. Əvvəllər hər hansı bir inzibati məsuliyyətə cəlb olunmamışdır. Etdiyi əməlin məsuliyyətini dərk etməmişdir, o, həmin xətanı iki il qabaq törətmişdir. O, həmin ərəfədə müharibədən yeni qayıtmışdı. Müharibədə aldığım qəlpə yaralarına görə onun psixi durumumda da problemlər var idi. Hal-hazırda müalicə olunmuşdur. Özü ailə həyatı qurmuş, ata olmağa hazırlaşır, pis əməllərdən uzaq olaraq ailəsinii dolandırmaq üçün işləyir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 çıxış edərək göstərdi ki, hüqularını müdafiə etdiyi Şəxs bu hərəkətləri edərkən əməlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş avtoxuliqanlıq hərəkətləri olmasını dərk etməmişdir. Belə ki, o, həmin vaxt müharibədən yeni qayıtmış, cəmiyyətə bərpa olunması üçün zaman lazım oldğundan bəzi hərəkətlərini nizamlaya bilməmişdir. Hal hazırda o, etdiyi əməlin səhv olduğun dərk edir, peşmançılıq çəkir, yeni ailə həyatı qurmuş, fərdi işlə məşğul olaraq ailəsini dolandırır. Bundan başqa əməl iki il qabaq törədilməsini, əmələ görə məsuliyyətin müddətinin ötməsini, İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını ve medal və ordenlərlə təltif olunmasını nəzərə alaraq onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:08-də İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntülərdə Şəxs idarə etdiyi “KİA RİO” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsinə, səslərin çıxarılmasına, yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilir. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarılmış, bununla da Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xətanın törədildiyi tarixlə bağlı aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisəni etiraf edərək əməlin iki il bundan əvvəl törədildiyini bildirmişdir. Səlahiyyətli orqan isə inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə tarixini xx.xx.2024-cü il kimi göstərsə də buna dair mövqeyini heç bir dəlillə əsaslandıra bilməmişdir. Belə olan təqdirdə, məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatında göstərdiyi xüsusatlara onun həqiqiliyi prezumpsiyası mövqeyindən yanaşır və hesab edir ki, Şəxs hadisənin iki il əvvəl törədilməsi barədə izahatında göstərdiyi halın hər hansı başqa sübutla təsdiq və ya təkzib edilməməsi, həmçinin şəxsin öz izahatında səmimi şəkildə əməlini etiraf etməsi nəzərə alınaraq “hadisənin iki il əvvəl törədilməsi” halı həqiqi hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi 4 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçi – 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-476/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-476/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver