Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4764/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının DİN Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətçi X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Nəsimi rayon məhkəməsinin digər hakimi Solmaz Mustafayevanın icraatına qəbul edilmiş, lakin, o, şikayət ərizəsini yalnışlıqla təkrarən məhkəməyə ünvanlamışdır. Qeyd olunanların nəzərə alınaraq, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi şikayətçinin ərizəsinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikasının DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4764/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4764/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver