Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4764/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Şikayətçi: X1 Qərarından şikayət verilən orqan: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə Bakı şəhər X9 İdarəsi tərəfindən 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:57-də ünvan 1 ünvanda polis əməkdaşı tərəfindən heç bir qanuni əsas olmadan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 100 manat inzibati cərimə edilmişdir. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə ona heç bir sübut göstərilməmişdir. O, həmin inzibati xətanı törətməmişdir. Qeyd olunanları nəzərə alaraq bu qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X2 bildirdi ki, o, idarə etdiyi qəhvəyi rəngli “Renault Duster” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə, təxminən saat 19 radələrində “20 Yanvar” dairəsində sol birinci zolaqda işıqfordan keçən zaman polis əməkdaşı tərəfindən saxlanılaraq yol hərəkəti qaydalarını pozaraq qırmızı işıqda keçdiyi deyilmiş, lakin o, buna etiraz etmiş, qırmızı işıqda keçmədiyini söyləmiş və digər avtomobillərin sürücülərinin də onunla eyni zamanda hərəkətlərinə davam etdiyini bildirmişdir. Bununla bağlı o, polis əməkdaşının sübut təqdim etməsini istəsə də, sonuncu heç bir sübut təqdim etməmişdir. Ona təqdim edilmiş görüntüdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam etdirən avtomobilin sürücüsü o deyil. Şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən qurumun nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X6 bildirdi ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 18:57-də idarə etdiyi “Renault Duster” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulduğunu, yəni onun svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam etdiyini polis əməkdaşı bilavasitə vizual olaraq görmüşdür. Həmçinin hadisənin görüntülərini özündə əks etdirən videodan da aydın olur ki, sürücü yolun birinci zolağında svetoforun qadağanedici işarəsi verilərkən ilk öncə dayansa da, daha sonra sol tərəfə doğru hərəkətinə davam edir. Hadisə vaxtı sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün inzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmişdir. Bununla bağlı videogörüntünü təqdim edərək şikayətin rədd olunmasını xahiş etdi. İş materiallarında olan: Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024cü il tarixdə, saat 18:57-də idarə etdiyi “Renault Duster” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; Videogörüntüyə əsasən sutkanın qaranlıq vaxtında SUV (yolsuzluq) tipli avtomobilin sürücüsü svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinə davam edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndində qeyd olunur ki, qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi hərəkətin qadağan edildiyini bildirir. Beləliklə müəyyən edilir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 18:57-də idarə etdiyi Renault Duster” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanda hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə haqlı olaraq Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X9 İdarəsi tərəfindən 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4764/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4764/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver