Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4765/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçinin vəkili: Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Qanuni nümayəndə qızının Qərarından şikayət verilən orqan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qanuni nümayəndə qızı qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinin inpektoru X4 tərəfindən Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 01, mənzil 41-də müvəqqəti yaşamış Anjum Adnanın barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Anjum Adnan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlinmişdir. Qərardan göründüyü kimi Anjum Adnanın barəsində həmin qərarın qəbul edilməsinə əsas onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol olmuş və bu sənədə görə ölkə ərazisində müvəqqəti qalma vaxtının uzadılması haqqında qəbul edilmiş qərarın xx.xx.2023-cü il tarixli, 8180278-L nömrəli qərarla ləğv edilməsinə baxmayaraq, o, ölkə ərazisini tərk etməkdən boyun qaçırmışdır. Bu əsasla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi üzrə 400 manat cərimə tətbiq edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 05 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İstinad edilmiş qərardan yuxarı səlahiyyətli orqana şikayət verilmiş, lakin şikayətin nəticəsi barədə məlumat daxil olmamışdır. Anjum Adnanın barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar əsassız və qanunsuz hesab edilməklə ləğv edilməlidir. İstinad edilmiş maddənin tələblərindən göründüyü kimi həmin maddədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Lakin bu maddənin sanksiyasında həmin qaydaları pozmuş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququnun müəyyən müddətinə məhdudlaşdırılmaqla çıxarılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək hüququ o halda qadağan edilə bilər ki, həmin şəxslər milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərinin hüquqlarının və qanuni mənafələrinin qorunması bunu tələb etmiş olsun. Bununla da vəzifəli şəxs Anjum Adnanırı barəsində xx.xx.2023-cü il tarixli protokol və həmin tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin maddədə göstərilmiş əsaslardan hər-hansı birinin Anjum Adnan tərəfindən pozulması müəyyən edilməmişdir. Belə olduğu halda Anjum Adnana münasibətdə ölkəyə 05 il müddətinə gəlmək üçün qoyulmuş məhdudiyyət əsaslı sayıla bilməz. Anjum Adnan Azərbaycan Respublikasına təhsil almaq məqsədi ilə gəlmiş, daha sonra bütün dünyada olduğu kimi respublikada da pandemiya dövrü hökm sürdüyündən o, geri qayıda bilməmişdir. MOM ******* saylı elektron qərarından göründüyü kimi Anjum Adnanın Azərbaycan Respublikasında olma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Qeyd edilmiş müddət bitdiyi tarixdə pandemiya şəraiti davam etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetin müvafiq qərarları ilə həmin müddət uzadılmış və Anjum Adnana bildirilmişdir ki, o, barəsində qəbul edilmiş MOM ******* saylı elektron qərar ləğv edildikdən sonra respublika hüdudlarını tərk etməlidir. Anjum Adnana barəsində qəbul edilmiş MOM ******* saylı elektron qərarın xx.xx.2023-cü il tarixli, 8180278-L nömrəli MOM qərarı ilə ləğv edilməsi barədə məlumat verilməmiş, istifadəsindəki telefonuna mesaj göndərilməmiş, həmin qərarın təqdim edilməsi ilə bağlı göndərilmiş məktub müvəqqəti yaşadığı ünvanda yaşamadığı qeyd edilməklə geri qaytarılmışdır. Həmin qərarın göndərilməsinə dair geri qaytarılmış məktub Anjum Adnana xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətində təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə Anjum Adnan təsadüfən internetdə pandemiya dövründə Azərbaycan Respublikasında qalma müddəti uzadılmış əcnəbilərin müvəqqəti qalma müddətlərinin uzadılmasına dair qərarların Miqrasiya Xidməti orqanları tərəfindən ləğv edilməsinə dair ümumi məlumatı gördükdən sonra o, həmin günü Miqsasiya Xidmətinə ərizə ilə müraciət edərək barəsində belə bir qərarın olub-olmaması haqqında məlumat verməyi xahiş etmiş, müraciətinə cavab olaraq Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi Rüfət İbrahimovun xx.xx.2023-cü il tarixli, 3-3712-A-7269-26-3-03-23184/2023 saylı məktubu ilə ona ərizədə qeyd etdiyi məsələ ilə bağlı şəxsiyyətini təsdiq edən sənədlə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinə yaxınlaşmağı tövsiyə edilmişdir. xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktub ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, lakin səhhəti ilə bağlı Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etdikdə ona şifahi olaraq bildirilmişdir ki, barəsində respublikada qalma müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması haqqında MOM ******* saylı elektron qərar xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və onun 10 gün müddətində respublikanı tərk etməli olduğuna dair qərar qəbul edilmiş, Anjum Adnan bu barədə qərar almadığını bildirdikdə, ona həmin qərarı Dövlət Miqrasiya Xidmətinin baş idarəsindən ala biləcəyi bildirilmişdir. Anjum Adnanın müraciəti əsasında həmin qərarın göndərildiyi və geri qatarıldığı məktub xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətində rəsmi olaraq imza etdirilməklə təqdim edilmişdir. Qərar azərbaycan dilində tərtib edildiyindən həmin qərarın məzmunu ilə o, vəkilinin köməyi ilə tanış ola bilmişdir. Bu əsasla da Anjum Adnan əvvəl xx.xx.2023-cü il tarixinə təyyarə ilə İslamabad şəhərinə uçuş bileti almış, daha sonra isə həmin bileti xx.xx.2023-cü il tarixinə olan Dubay reysinə dəyişmiş, xx.xx.2023-cü il tarixdə isə saat 20:00 radələrində o, Heydər Əliyev adına X7 şəhərinə təyyarə ilə uçmaq üçün gəlib qeydiyyatdan keçərkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ona xx.xx.2023-cü il tarixli, ******* saylı protokol ilə barəsində xx.xx.2023-cü il tarixli, 8180278-1 nömrəli MOM qərarın ləğv edilməsinə baxmayaraq o, ölkə ərazisini tərk etməkdən boyun qaçırdığının müəyyən edilməsi, bu əsasla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat cərimə tətbiq edilməklə ölkə hüdüdlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 05 il müddətinə məhdudlaşdırılmasına dair qərar təqdim etmiş və o, həmin günü ölkə ərazisini tərk etməkdən boyun qaçırmasını təsdiq edən hər hansı bir sənəd və sübut müəyyən edilməməsinə baxmayaraq, 400 manat cərimə ödəməklə ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi Qanuni nümayəndə qızı şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X5 bildirdi ki, pandemiya vəziyyəti ilə əlaqədar Pakistan İslam Respublikasının vətəndaşı Anjum Adnanın Azərbaycanda müvəqqəti olma müddəti xx.xx.2021-ci il tarixli, ******* saylı qərarla uzadılmışdır. Daha sonra hüquqi əsas yarandığı üçün xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 8180278-L saylı qərarla onun Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında bu qərar ləğv edilmiş, eyni zamanda o, müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməli idi. Lakin, buna əməl olunmadığı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla Anjum Adnan 400 manat məbləğində cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış, həmçinin onun ölkəyə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1 və 79.2-ci maddələrinə müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir, eyni zamanda bu qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Bununla belə, bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” barədə MOM № ******* saylı elektron qərara əsasən Anjum Adnanın Azərbaycan Respublikasında müvəqqəti olma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli, 8182078-L saylı qərara görə Pakistan İslam Respublikasının vətəndaşı Anjum Adnan barəsində qəbul olunmuş 18 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilmiş, onun müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin inpektoru X4 tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Anjum Adnan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və onun Azərbaycan Respublikasına gəlmək hüququ 05 il müddətinə məhdudlaşdırılmışdır. Beləliklə müəyyən edilir ki, Bakı şəhər Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Anjum Adnan onun Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ləğv edildikdən sonra müəyyən edilmiş müddət ərzində ölkə ərazisini tərk etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və onun Azərbaycan Respublikasına gəlmək hüququ 05 il müddətinə məhdudlaşdırılmışdır. Şikayətçi inzibati tənbeh vermək haqqında qərarın əsassız və qanunsuz olduğunu qeyd etsə də, işin fakitiki hallarından Anjum Adnanın Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edildikdən sonra onun ölkə ərazisini tərk etməkdən boyun qaçırması müəyyən olunmuş və belə olan halda bu şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək onun ölkəyə gəlmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə görə vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Həmin Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür. Bu Məcəllənin 79.5.1-ci maddəsinə görə kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş şəxslər – 48 saat ərzində ölkəni tərk etmək öhdəliyi qoyur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4765/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4765/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver