Məhkəmə qərarları › İş №3(006)-4767/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4767/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4767/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Bakı şəhər X7 İdarəsinin tərtib etmiş şəxs: baş inspektoru X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1995-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə sonuncu avtomobilə zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində hərəkətdə olarkən öndə olan “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məlum olmuşdur ki, Şəxs avtomobili sərxoş halda idarə etmişdir. Hadisə nəticəsində “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.000 manata yaxın zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 17 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafə az olduğundan sonuncunu arxadan vurmuşdur. Hadisə zamanı həmin avtomobilə maddi ziyan dəymişdir. O, hadisədən əvvəl 100-150 qram spirtli içki qəbul etmişdir. Barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş edir. İş materiallarında olan: • 17 noyabr 2024-cü il tarixli, 2/63736 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,684 promil təşkil edir, o, sərxoş vəziyyətdədir; • Müvafiq portaldan çıxarışdan görünür ki, Şəxs AE 031565 saylı sürücülük vəsiqəsinə əsasən “B, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsinin idarə etmək hüququ var; • “Qarabağ Nemətləri” Kooperativi tərəfindən verilmiş arayışa əsasən 17 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 5.000 manat ziyan dəymişdir; • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə Ağayev X3 Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək ona 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; • “AsanPay ödəniş portalı” vasitəsilə əldə olunmuş çıxarışa əsasən Şəxs yol hərəkəti qaydalarının pozulması ilə bağlı 06 inzibati xəta haqqında qərar üzrə cəmi 850,20 manat ödənilməmiş cərimələri mövcuddur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları, o cümlədən onun əvvəllər də yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilməsini və xeyli sayda ödənilməmiş cərimələrinin olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbqi edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 noyabr 2024-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Bakı şəhər X7 İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar