Məhkəmə qərarları › İş №3(006)-4773/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4773/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4773/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 oktyabr 2023-cü il tarixdə törətdiyi inzibati xəta barəsində Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən 16 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqına protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında aparılan araşdırma nəticəsində müəyyən olundu ki, Şəxs 06 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclası zamanı hakim Babək Pənahovun sərəncamına tabe olmamış, səs-küy salaraq məhkəməyə hörmətsizlik göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs və Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs və Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclası zamanı hakim Babək Pənahovun sərəncamına tabe olmamış, səs-küy salaraq məhkəməyə hörmətsizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının video yazısını əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı davamlı olaraq səsküy salmış və hakim Babək Pənahovun sərəncamına tabe olmaqdan imtina etmişdir Şəxs İXM-nin 526-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsinə əsasən məhkəməyə hörmətsizlik göstərilməsi, yəni məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526 -cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 526 -cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar