Məhkəmə qərarları › İş №3(006)-4775/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4775/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4775/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyası, Sverdlovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Mirzəxan kəndində qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində polis əməkdaşının qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, Bakı şəhər BPİ-nin DYPX Alayının 3-cü tağım inspektoru, polis baş serjantı X3 xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində xidmətdə olduğu Moskva prospektində tanımadığı şəxs yolun hərəkət hissəsində hərəkət edərək sərxoş vəziyyətdə müxtəlif nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozduğundan həmin şəxsə yaxınlamış və özünü təqdim etdikdən sonra həmin şəxsdən hüquqazidd əməllərin dayandarılmasını tələb etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymayaraq hətta onlarında ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxsin bölməyə aparılması üçün efir vasitəsilə ƏÇPA-nın əməkdaşlarını hadisə yerinə dəvət edərək şəxsi 19-cu PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə restorandan çıxmış və içkili olmuşdur. Ola bilər ki, həmin hərəkətlərə yol versin, lakin yaddaşı zəif olduğundan hadisə yadında qalmayıb. Bundan başqa o, əsəbləri də yerində deyil. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X10 X6 polis nəfəri, polis serjantı X7 zahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində xidmətdə olduğu Moskva prospektində hərəkəti nizamlayarkən tanımadığı şəxs yolun hərəkət hissəsində hərəkət edərək nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozduğundan həmin şəxsə yaxınlamış və özünü təqdim etdikdən sonra həmin şəxsdən hüquqazidd əməllərin dayandarılmasını tələb etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymayaraq hətta onunda ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxsin bölməyə aparılması üçün efir vasitəsilə ƏÇPA-nın əməkdaşlarını hadisə yerinə dəvət edərək şəxsi 19-cu PŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X10 X6 polis nəfəri, polis serjantı X7 zahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Moskva prospektində yerləşən “Qarabağ” restoranının qarşısında polis əməkdaşı ilə mübahisə olduğu üçün çağırış vasitəsilə ora getmişlər. Onlar hadisə yerinə çatan zaman mübahisə edən şəxs sakitləşmişdir. Bundan sonra həmin şəxsi PŞ-nə gətirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhər BPİnin DYPX Alayının 3-cü tağım inspektoru, polis baş serjantı X3 xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində xidmətdə olduğu Moskva prospektində tanımadığı şəxs yolun hərəkət hissəsində hərəkət edərək sərxoş vəziyyətdə müxtəlif nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozduğundan həmin şəxsə yaxınlamış və özünü təqdim etdikdən sonra həmin şəxsdən hüquqazidd əməllərin dayandarılmasını tələb etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymayaraq hətta onlarında ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin şəxsin bölməyə aparılması üçün efir vasitəsilə ƏÇPA-nın əməkdaşlarını hadisə yerinə dəvət edərək şəxsi 19-cu PŞnə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Moskva prospektində yerləşən “Qarabağ” restoranının qarşısında təxminən saat 14:00 radələrində “Turan-1”in çağırıı ilə 1 nəfər şəxsin yol polisi əməkdaşı ilə mübahisə etdiyi bildirilmiş və ƏÇPA-nın əməkdaşları dərhal hadisə yerinə gedərək yol polisi əməkdaşlarına köməklik göstərmişlər və mübahisə edən şəxs PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/39049 saylı protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Əliyev X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 oktyabr 2023-cü il tarixdən saat 13:25-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar